Skoda şirkəti Superb iV hibdiri və Citigo iV elektrokarının ardınca daha bir «yaşıl» avtomobili təqdim edib. Bu avtomobil sıxılmış təbii qazla işləyən Scala hetçbekidir. Bu günə qədər, çex istehsalçısı bu xəttdən olan Skoda Octavia G-TEC modelini təklif edirdi.
1,5-litrlik dördsilindrli mühərriklə təchiz edilmiş Octavia G-TEC modelindən fərqli olaraq, Scala G-TEC hetçbeki 90 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli mühərrik və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Maye qaz ehtiyatı 13,8 kiloqramlıq tutumu olan üç polad balonlarda saxlanılır. Qazdan istifadə etməklə avtomobil 410 kilometr məsafə qət edir. Daha 220 kilomtrlik yürüş məsafəsini 9 litrlik çəndə olan benzin yanacağı sayəsində təmin etmək olar. Beləliklə, hər iki yanacaqdan istifadə etməklə, Skoda Scala G-TEC modeli 630 kilometr qət edə bilər.
Qaz balonlarının yerləşdirilməsi avtomobilin baqaj bölümünün həcmini 339 (-128 litr) litrə qədər azaldıb. Buna baxmayaraq, Skoda şirkətindən Scala modelinin avropa bazarında təmsil olunan təbii qazla işləyən avtomobillər arasında ən sərfəlisi olduğunu bildiriblər.
Skoda Scala G-TEC bu ilin dördüncü rübündə satışa çıxarılacaqdır. Hetçbek üç təchizat səviyyəsində (Avtive, Ambition və Style) təklif ediləcəkdir.