Skoda şirkəti Ukraynadakı tədarükçülərindən gələn komponentlərin kəskin çatışmazlığı səbəbindən minik avtomobillərinin istehsalını azaltmaq məcburiyyətində qaldığını bildirib. Söhbət əsasən çex şirkətinin Mlada Boleslavdakı baş zavodunda istehsal edilən Enyaq iV krossoverindən gedir. Skoda öz rəsmi saytında Ukraynada siyasi vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib və münaqişənin diplomatik yolla həllinə çağırıb.

Skoda avtomobilləri Ukraynanın Zakarpatiya vilayətinin Ujqorod rayonundakı Solomonovo şəhərindəki Eurocar zavodunda istehsal edilirlər ki, bu da çex markasının rəsmi bəyanatında qeyd olunub. Fevralın ortalarında orada yeni nəsil Fabia modelinin kütləvi istehsalına başlanılıb. Burada həmçinin Superb, Karoq və Kodiaq modelləri də yığılır.

Rusiyanın Ukraynaya müdaxilə etməsindən sonra, bir çox avtomobil istehsalçısı bu ölkəyə yeni avtomobillərin göndərilməsindən imtina edib. Üstəlik, Rusiyadakı avtomobil zavodlarındakı istehsalı dayandıran şirkətlrəin sayı artmağa davam edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.