Yaxın gələcəkdə Skoda elektrik krossoverləri xəttində tamamilə yeni model peyda olacaq. Çex avtomobil istehsalçısı yeni modelin cari tendensiyalara cavab verən və elektrik mühərriki ilə hərəkətə gələn orta ölçülü krossover olacağını təsdiqləyib. Seriyaöncəsi prototip, Skoda mütəxəssislərinin perspektivli elektromobillər üçün üzərində işlədiyi yeni firma dizayn üslubunu nümayiş etdirəcək.
"Avtomobil istehsalçısı 2023-cü il üçün əsas maliyyə göstəricilərini təqdim edəcək, həmçinin cari hadisələri və strateji planları nəzərdən keçirəcək", - Çex brendi qarşıdan gələn tədbir barədə məlumat verib.
Bundan əlavə, Skoda elektrik güc qurğusuna malik olan yeni avtomobilin prototipini nümayiş etdirəcəyini bildirib. Yeni model haqqında hələlik texniki məlumat yoxdur.
Qısa tizerdən göründüyü kimi, Skoda elektrik krossoveri və brendin perspektivli elektromobilləri relyefli kapotu, işıqlanan loqotipi, əyri işıq elementləri olan ön fənərləri və onları birləşdirən “nöqtəli xətti” ehtiva edən yeni dizaynını alacaqlar. Yeni modelin rəsmi təqdimatı martın 15-də keçirilməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.