Skoda şirkəti gələcək Fabia Monte Carlo modelinin ilk eskizlərini dərc edib. Təsvirlərdən göründüyü kimi, hetçbekin dördüncü nəsli ikirəngli palitranı qoruyub-saxlayacaq, habelə eksteryerin tanınan qara detallarını alacaqdır. Bundan əlavə, xüsusi versiyanın firma cizgiləri avtomobilin interyerində də öz əksini tapacaqdır.

Dərc olunmuş eskizlərdəki Skoda Fabia Monte Carlo versiyası qırmızı-qara rəngli kuzova malikdir. Avtomobilin damı, yan güzgülərinin gövdələri, radiator barmaqlığı, diffuzoru və ön dayaqları qara rəngdədir. Bundan başqa, eskizlər hetçbekin dördüncü nəslinin tündləşdirilmiş ön və arxa fənərləri alacağına işarə edir. Digər eksteryer detalları arasında 18-düymlük ikirəngli təkər diskləri xüsusilə seçilirlər.

Image alt Image alt Image alt

Gələcək Fabia Monte Carlo modelinin salonu əsasən qırmızı aksentləri olan qara rəngdə tərtib edilib. İnteryer tərtibatında karbon detallardan da istifadə olunacaqdır. Bundan başqa, xüsusi versiyanın təchizatına rəqəmsal cihazlar paneli, idman oturacaqları və Monte Carlo loqotipləri daxil ediləcəkdir. Monte Carlo versiyasının texniki xarakteristikaları və debüt tarixi sirr olaraq saxlanılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir