Skoda şirkəti nəinki seriya elektrik krossoverinin gəlişindən xəbər verən, həmçinin çexi brendinin yeni dizayn üslubunu və yenilənmiş loqotipini nümayiş etdirən Vision 7S konseptini göstərib. Qeyd etmək lazımdır ki, Skoda şirkəti son illərdə öz kimliyini yeniləməyən bir neçə avtomobil istehsalçısından biri idi. Atıq Şkoda markasının emblemi də dəyişdirilib: o, ikiölçülü və daha yığcam olub.

Gəlin elə yenilənmiş loqotipdən də başlayaq. O, əvvəlki kimi qanadlı ox şəklindədir, lakin bundan sonra emblem daha az gözə çarpacaq - çex markası artıq “Skoda” yazısına daha çox üstünlük verir. Yazının özü yeni şriftə malikdir, haçek (işarə şəklindəki sətirüstü diakritik nişan) isə, artıq “S” hərfinə inteqrasiya olunub. Seriya avtomobilləri yeni kimliyi yalnız gələn il alacaqlar və bunun necə görünəcəyini yeni Vision 7S konseptual krossoveri nümayiş etdirir.

Vision 7S konseptinin kapotunda “Skoda” yazısı peyda olub ki, eyni yazıdan beşinci qapıda da var. Şirkətin yeni korporativ kimliyinin xarakterik cəhətlərindən biri də T-formalı ön və arxa işıq texnikasıdır - belə həll gələcəkdə çex brendinin seriya modellərinə köçürüləcəkdir. Konsept elektrokar olduğu üçün, onun radiator barmaqlığının yerində parlaq örtməli tıxac quraşdırılıb.

Skoda şirkəti hətta “Tornado Line” adını almış yeni pəncərəaltı xəttini də xüsusilə qeyd edir: o, ön pəncərələrə doğru bir qədər genişləndirilib. Yuxarıda göstərilənlərin hamısına əlavə olaraq, Vision 7S prototipində orta dayaqlar yoxdur və arxa qapılar hərəkət istiqamətinin əksinə açılır. Lakin kütləvi seqmentin seriya modellərində belə bir həlli yaxın gələcəkdə gözləməyə dəyməz.

Konsept avtomobili digər Volkswagen elektromobillərindən tanış olan MEB modul arxitekturasına əsaslanır. Vision 7S konsepti ölçülərinə görə mövcud olan Skoda krossoverlərini üstələyir və Volkswagen Teramont modeli ilə müqayisə edilə bilər. Konseptin tam ötürmə sisteminə, 242 millimetr klirensə və 22-düymlük təkər disklərinə malik olduğu bildirilir. 89 kilovat-saatlıq batareya isə, Vision 7S konseptini 600 kilometrlik yürüş ehtiyatı ilə təmin edir.

Konseptin digər xüsusiyyətlər arasında qeyri-adi 2+2+2+1 oturacaq düsturuna malik olan yeddi nəfərlik salon var. Üç sıra iki ayrı oturacaqla təchiz olunub, yeddinci oturacaq isə uşaq üçündür və o, birinci və ikinci sıraların arasında hərəkət istiqamətinin əksinə yerləşdirilib. Bununla belə, 8,8-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 14,6 düymlük dönən planşetində qeyri-adi bir şey yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda Vision 7S konseptinin əsasında buraxılacaq seriya krossoverini ən azı üç il gözləmək gərək olacaqdır - o, brendin 2026-cı ilə qədər bazara çıxaracağı üç yeni elektromobilindən biridir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.