Skoda şirkəti təklif etdiyi krossoverlər xəttini yeni model ilə zənginləşdirməyi planlaşdırır - buna Hindistanın Sənaye və Ticarət Nazirliyinin bazasında aşkar edilmiş Kliq ticarət nişanının patenti təsdiqləyir. Çex avtomobil istehsalçısının "K" ilə başlayan və "q" ilə bitən krossover adlarının verilməsi qaydasına əməl etdiyini nəzərə alsaq, söhbətin yeni krossoverdən getdiyini anlamaq çətin deyil.
Yeni modelin bu il Dehli avtosalonunda debüt edən Vision IN konsept avtomobilinin seriya variantı olacağı məlumdur. Skoda Kliq modelinin əsasını moqyaslanan MQB-A0-IN platformasının modifikasiyalarının biri təşkil edəcəkdir. Avtomobil uzunluğu 4,256 millimetrə çatacaq və iki mühərrik ilə təklif ediləcəkdir: 110 at qüvvəli 1,0-litrlik və 150 at qüvvəli 1,5-litrlik. Ötürmə yalnız ön oxa olacaqdır.
Mövcud olan məlumatlara əsasən, söhbətin bir milyon rupi (təxminən 22.200 manat) məbləğində qiymətə malik olan büdcə krossoverindən getdiyini ehtimal etmək olar. Avtomobilin dəqiq qiymətləri gələn ilin ortalarına planlaşdırılan satışlara yaxın elan ediləcəkdir.
Skoda Kliq modelinin digər ölkələrdəki perspektivləri barədə məlumat verilməyib. Bizim bazarda Skoda markasından olan krossoverləri Karoq və Kodiaq modelləri təmsil edirlər.
Mənbə: Indian Car News