Çex brendi flaqman modelinin payıza planlaşdırılan təqdimatına hazırlaşır və sakitcə bu modelə olan marağını artırmağa çalışır. Son videoda yeni Superb və onun Combi versiyası tarixi modellərin fonunda nümayiş etdirilib. Buna 1934-cü ildən 1949-cu ilə qədər buraxılmış orijinal Superb Superb modeli də daxildir. Yeni modellər örtüklə bağlı olduğundan, onları dizaynı barədə nə isə söyləmək çətindir,lakin inqilabi dəyişiklikləri gözləmək lazım deyil – buna casuslar tərəfinən çəkilmiş şəkillər də dəlalət edir.
Dördüncü nəsil Superb modeli, çex brendinin baş stilistinin təsdiq etdiyi kimi, yaradılmasına Skoda şirkətinin cavabdeh olduğu yeni Volkswagen Passat modeli ilə unifikasiya ediləcəkdir. Superb, krossoverlər üçün nəzərdə tutulmuş yeni Modern Solid dizayn üslubunun əvəzinə, cari Octavia modelinin üslubunda görünüşə sahib olacaqdır.
Mladá Boleslavda yerləşən istehsalçı daha səmərəli benzin və dizel mühərrikləri, həmçinin plug-in güc qurğusunu quraşdırmağı vəd edir. Bundan əlavə, nəsil dəyişikliyi ilə, flaqman mexaniki transmissiyadan məhrum edilə bilər, çünki hazırki Superb modelinin belə bir versiyasına olan tələbat cüzidir.
Bununla belə, ümumilikdə modeli uğurlu adlandırmaq olar: 2001-ci ildən bəri Skoda 1,5 milyon müasir Superb modelini satıb ki, onların yarısından çoxu - 780 mini üçüncü nəsildən olub. Superb modelinin istehsalı Slovakiyanın Bratislava şəhərindəki Volkswagen Group zavoduna köçürüləcəkdir. Qohum Passat modeli də orada yığılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.