Yeni nəsil Skoda Kodiaq krossoverinin görüntüləri ortaya çıxıb. Eyni zamanda, çex avtomobil istehsalçısı yeni Superb modelinin tizerini də dərc edib. Hələlik yeniliklərin yalnız profildən çəkilmiş dizayner eskizləri göstərilib, lakin artıq Kodiaq və Superb modellərinin dizaynındakı dəyişikliklər barədə müəyyən fikir yürütmək mümkündür. Məsələn, krossover Y-formalı ön fənərləri alacaq, eyni zamanda, Superb modelinin ön optikası üfüqi olacaqdır. Hər iki modelin təqdimatı 2023-cü ilin payızında keçirilməlidir.
Yeni modellər haqqında bəzi təfərrüatlar artıq məlumdur. Beləliklə, nəsil dəyişikliyi ilə Kodiaq krossoveri MQB modul platformasının təkmilləşdirilmiş versiyasına keçəcək və elektrikləşdirməyə məruz qalacaqdır. Adi daxili yanma mühərriklərinin elektrik üstqurumu ilə tamamlanacağı, eləcə də ailəyə plagin hibridin daxil ediləcəyi gözlənilir - şayiələrə görə, belə Kodiaq modeli 1,5-litrlik “turbodördlüyə” əsaslanan güc qurğusunu ala bilər.
Növbəti nəsil Superb modelində gəlincə isə, o, yeni Volkswagen Passat ilə unifikasiya ediləcək və cari nəsil Octavia liftbəki ilə eyni üslubda dizayna malik olacaqdır - əvvəllər bu məlumatı Skoda stilisti Petr Matuşinets təsdiqləyib.
Bundan əlavə, nəsil dəyişikliyi ilə Skoda Superb modeli üçpedallı modifikasiyadan məhrum edilə bilər – mexaniki transmissiyalı versiya getdikcə alıcılar arasında popularlığını itirir.
Dördüncü nəsil Skoda Superb modelinin Slovakiyanın Bratislava şəhərindəki Volkswagen Group zavodunda istehsal ediləcəyi artıq məlumdur. Yeri gəlmişkən, yeni Passat da orada yığılacaqdır. Skoda Kodiaq krossoverinin növbəti nəsli isə, Skoda şirkətinin Kvasinydəki (Çexiya) zavodunda buraxılacaqdır.
Skoda şirkəti bu il Kodiaq və Superb modellərinin yeni nəsilləri ilə yanaşı, yenilənmiş Kamiq və Scala, həmçinin Laurin & Klement veriyasında olan Enyaq elektrik krossoverini təqdim edəcəkdir. Yenilənmiş Octavia liftbəki 2024-cü ildə debüt etməlidir, 2026-cı ilə qədər isə, çex markasının model xəttində üç yeni elektrikomobil peyda olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.