Çex brendi Vision O konseptinin tizer kampaniyasını davam etdirir. Bu konsept növbəti Octavia modelinin müjdəçisi olacaq və onun adındakı O hərfi isə, versiyalardan birinə görə, sadəcə bestsellerin yeni nəslilə "qohumluğuna" işarə edir. Bu dəfə Skoda Münhen avtosalonunda debüt edəcək şou-karın interyerini qismən nümayiş etdirib.

İnteryer Skoda markasının firma dizayn üslubunun yeni nəsli olan Modern Solid konsepsiyasına uyğun tərtib ediləcək. Skoda tullantıları "dəyərli resurs" hesab edir və buna görə də Vision O konseptində həm təkrar emal edilmiş, həm də bitki mənşəli ekomateriallardan səxavətlə istifadə ediləcək. Bu barədə brendin mətbuat xidməti xəbər verib.

Çexlər hələlik çox az şey göstəriblər: kadrlarda 3D printerdə çap olunmuş “havalı” tora örtülmüş başlıqları olan ön oturacaqların arxa hissəsini və panoram damı olan görmək olar.

Universal kuzovlu prototipin premyerası 8 sentyabr 2025-ci il tarixində Münhen avtosalonunda baş tutacaq. Onun uzunluğunun 4,7 metr olacağı və dolu batareya ilə 600 kilometrə qədər yol qət edə biləcəyi söylənilir. Ötürmə arxa və ya tam olacaq. Gələcəkdə Vision O prototipi Octavia elektrokarına çevrilməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.