Skoda Octavia modelinin debütünə sayılı günlərin qalmasına baxmayaraq, çex istehsalçısı modelin rəsmi şəkilləri ilə bölüşməyə tələsmir. Əksinə, Skoda şirkətinin mətbuat xidməti dizayner eskizlərini dərc etməyə davam edir.
Bu gün çex istehsalçısı yeni Octavia modelinin interyeri əks olunan sketçi yayıb.Qeyd etmək lazımdır ki, skeçtə nəzər saldıqda, avtomobilin interyer dizaynında inqilabın baş verdiyini söyləmək olar. İlk növbədə nəzərə çarpan tamamilə dəyişdirilmiş cihazlar panelidir. Nəsil dəyişməsi ilə panel çoxsəviyyəli olacaqdır – ayrıca duran displeydən başqa bir neçə əlavə displey də quraşdırılacaqdır.
Modelin sükan çarxı da yen ikiqollu sükan ilə əvəz ediləcəkdir. Ötrümələr qutusunun ənənəvi dəstəyini kiçik ölçülü coystik əvəzləyəcəkdir. Bundan başqa, Skoda Octavia üçzonalı Climatronic iqlim sisteminə də malik olacaqdır.