Skoda şirkəti xüsusi olaraq Rusiya bazarı üçün hazırladığı növbəti nəsil Rapid modelinin ilk təsvirlərini yayıb. 2020-ci ildə satışa çıxacaq liftbek unikal ön fənərlərə və uzun nazik arxa fənərlərə sahib olacaqdır. Yeni modelin dizaynının bir müddət bundan öncə debüt etmiş Scala modelinin üslubunda olması diqqəti çəkir.
Skoda Rapid modelinin yeni nəsli quraşdırılmış diodları olan oxşəkilli ön fənərlər və L-şəkilli iki bölməli arxa fənərlərlə təchiz ediləcəkdir. Eskizlərdən də göründüyü kimi, optikada çex markasının son zamanlarda aktiv şəkildə istifadə etdiyi “büllur” motivləri tətbiq edilib. Bundan başqa, son modellərdə olduğu kimi, baqaj qapağının üzərinə vurulmuş “Skoda” yazısı da diqqəti çəkir.
İlkin məlumatlara görə, Rusiyada satılacaq Skoda Rapid 90 və ya 110 at qüvəli 1,6-litrlik atmosfer mühərriki, 125 at qüvvəli 1,4-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Yeni Rapid modelinin debütü dekabr ayında baş tutmalıdır.
Skoda Rapid modelinin cari nəsli bizim bazarda da satılır. Odur ki, lftbekin yeni nəslinin Azərbaycan bazarda təklif ediləcəyini də istisna etmək olmaz.