Çex flaqman modelinin dördüncü nəsli bundan sonra yalnız universal kuzovunda buraxılacaq Volkswagen Passat modeli ilə unifikasiya edilib. Şəkillərdəki Superb yüngül kamuflyaja malikdir, lakin liftbek barədə naməlum olan təfərrüatlar çox az qalıb: istehsalçı artıq yeni flaqmanın interyerini nümayiş etdiriib, onun ölçülərini və mühərrik çeşidini açıqlayıb.
Yeni Superb optimallaşdırılmış aerodinamikaya malikdir: kuzovun aerodinamik müqavimət əmsalı 0,24-ə bərabərdir. Flaqmanın ölçüləri də böyüyüb: Superb modelinin uzunluğu 4912 millimetr (+43 millimetr) olub – Skoda hetçbeki (çexlər avtomobilin kuzovunu belə adlandırırlar) artıq Azərbaycanda populyar olan Toyota Camry sedanından uzundur.
Avtomobilin hündürlüyü də 11 millimetr artaraq 1481 millimetrə çatıb. Bu, öndə sürücü və sərnisinin başı üstündə, arxa sərnişinlərin isə ayaq zonasında məkanın artığından xəbər verir. Liftbəkin eni və təkər bazası dəyişməz qalıb və müvafiq olaraq 1834 və 2841 millimetr təşkil edir. Baqajın həcmi də 645 litrə (+20 litr) qədər artıb.
Yeni Kodiaq krossoverində olduğu kimi, Superb modelinin salonunda 13 düymlük böyük sensorlu ekranı olan multimedia sistemi və proyeksiya displeyi olan 10 düymlük cihazlar paneli yerləşəcək. İdarəetmə çoxfunksiyalı sükan çarxı və kiçik ekranları olan Smart Dials "şaybaları" vasitəsilə həyata keçirilir.
Tranmsissiyanın selektoru da sükan qoluna köçürülüb. Essence və Selection adlanan yeni təchizatlar, eləcə də adi Sportline və Laurin & Klement səviyyələri unikal dizayna sahib olacaqlar.
Mühərrik çeşidində gücü 150 -265 at qüvvəsi olan 1,5 - 2,0 litrlik üç benzin mühərriki var. Bundan başqa, 150 və 193 at qüvvəli 2,0-litrlik dizel aqreqatı da var.
Başlanğıc benzin aqreqatı 48 voltluq startyor-generator ilə tamamlanır, tam ötürmə sistemi isə, yalnız güclü mühərrikləri olan versiyaların imtiyazıdır. Mühərriklər yeddi pilləli DSG “robotu” ilə təchiz edilirlər.
Liftbək versiyasından başqa, Superb universal kuzovlu Combi versiyasında da mövcud olacaq. Flaqmanın təqdimatı 2023-cü ilin noyabrında keçirilməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.