Yeni Skoda Superb modelinin təqdimatı gələn ay, 2 noyabr tarixində keçirilməlidir. Çex istehsalçısı artıq yeni modelin eksteryer dizaynını açıqlayan dizayner eskizlərini dərc edib. Bu gün isə, Skoda şirkətinin mətbuat xidməti yeni və çox güman ki, sonuncu tizeri paylaşıb.

Artıq məlumdur ki, yeni Superb sələfindən daha böyük və geniş olacaq, onun dizaynı isə, aktual firma dizayn üslubunda həll ediləcək. Yeni model liftbək və universal kuzovları, matrisa fənərləri, daha geniş salon və daha tutumlu baqaj ilə təklif ediləcək. Onun mühərrik çeşidinə benzin, dizel və plagin hibrid güc qurğuları daxildir.

Bu gün dərc olunmuş dizayner eskizində isə, avtomobilin interyeri təsvir olunur. Tizerdən də göründüyü kimi, yeni Superb multimedia sisteminin 13-düymlük taçskrinini və 10-düymlük rəqəmsal cihazlar panelini əldə edəcək.

Transmissiyanın selektoru bundan sonra sükan qolunda quraşdırılacaq, mərkəzi tuneldə isə, üzərində kiçik ekranlar olan Smart Dials “şaybaları” peyda olacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.