Skoda yeni modellərin debüt edəcəyini xəbər verən özünəməxsus nəşr strategiyasına malikdir və çex istehsalçısı öz ənənəsinə sadiq qalır. Bu yayın əvvəlində istehsalçı yeni nəsil Skoda Kodiaq krossoverinin və Skoda Superb minik avtomobilinin texniki hissəsi haqqında məlumatı dərc edib.

İndi isə, şirkət bu avtomobillərin interyerləri üzərindəki sirr pərdəsini götürmək qərarına gəlib. Avtomobillərin interyeri fərqli üslubda hazırlanıb: Kodiaq qantel formasında olan iri ön paneli saxlayıb, Superb modelinin ön paneli isə, gizli havalandırma deflektorları olan yüngül dizayna malikdir.

Başqa fərqlər də mövcuddur. Məsələn, Superb modelində baza təchizatına daxil olan 10-düymlük virtual cihazlar paneli günəşliyə malikdir, Kodiaq krossoverində isə, əksinə eyni panel günəşliksizdir. Bununla belə, ümumiyyətlə, hər iki modelin salonlarının təchizatı eynidir. Hər iki avtomobildə 13-düymülk displeyi olan multimedia sistemi var.

İlk dəfə olaraq, opsiyalar siyahısına tamölçülü proyeksiya displeyiı daxil edilib. DSG transmissiyasının idarə edilməsi sükan sütunundakı sağ sükanaltı dəstəyə həvalə edilib: artıq mexaniki ötürələr qutusu ilə təchiz ediləcək versiyalar olmayacaq. Sol sükanaltı dəstək isə, dönmə siqnallarına və şüşəsilənlərə cavabdehdir. Xarici işıqların idarə edilməsi isə, indi düymələr vasitəsi ilə həyata keçirilir.

Çex mühəndisləri iqlimə nəzarət sisteminin Skoda Smart Dials adlı paneli ilə xüsusilə fəxr edirlər: fırlanan şaybalara 32 millimetr diametri olan rəngli displeylər quraşdırılıb. Mərkəzi şayba çoxfunksiyalıdır və havalandırmanın sürətinə, hava axının istiqamətinə, kondisionerin rejimlərinə, audio sisteminin səsinin tənzimlənməsinə, hərəkət rejimlərinin dəyişdirilməsinə və ya naviqasiya xəritəsinin miqyasına cavabdeh ola bilər.

Funksiyalar arasında keçid dəstəyə uzun müddət basmaqla həyata keçirilir. Bu funksiyaların dəstini və ardıcıllığını multimedia sistemində proqramlaşdırmaq olar.

Kodiak modelində mərkəzi tunel artıq tamamilə boşaldılıb və burada xırda əşyalar üçün bölmələr və stəkanaltılar yerləşir. Superb modelində isə, mərkəzi tuneldə dayanacaq əyləcinin düyməsi də var. Bundan başqa, hər iki modeldə smartfonlar üçün nəzərdə tutulmuş simsiz enerji doldurulma meydançası var: meydanca 15 vatt gücə və soyutmaya malikdir.

Hər bir modeldə dörd ədəd 45 vattlıq USB-C konnektoru var. Bundan başqa, salon güzgüsündə videoregistratoru qoşmaq üçün nəzərdə tutulmuş bir ədəd 15 vattlıq konnektor var. Ən bahalı ön oturacaqlarda qızdırılma, havalandırma və 10 kameralı masaj funksiyası var.

Image alt Image alt Image alt Image alt

Beləliklə, yeganə gizli qalan - yalnız yeni avtomobillərin görünüşüdür. İkinci nəsil Skoda Kodiaq krossoverinin tamölçülü təqdimatı sentyabrda baş tutmalıdır.

Yeni Superb (liftbek və universal) modeli isə, noyabrda təqdim olunacaq. Bununla belə, hər iki modelin istehsalına 2024-cü ilin əvvəlində başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.