1996-cı ildən bəri Skoda şirkətinin bestselleri sayılan Octavia modeli dünya üzrə 7,15 milyonluq tirajla satılıb. Bestsellerin sonuncu nəsli 2019-cu ildə təqdim edilib və indi planlaşdırılmış yenilənmədən keçib. Yenilənmiş Octavia ailəsi tam tərkibdə - həm liftbək, həm də universal kuzovunda debüt edib.
Skoda Octavia modelinin dörd nəsli
Eksteryerdəki əsas fərq dəyişdirilmiş ön fənərlərdir. Yeni optikada gündüz hərəkət işıqlarının bölmələri indi L şəklində deyil, Г formasındadırlar. Octavia əvvəlki kimi iki fənərə malik olsa da, radiator barmaqlığının yaxınlığında yerləşən bölmələri sayəsində əvvəlki nəsil yenilənmiş “dördgözlü” A7 modelini xatırladır. Əlavə ödəniş müqabilində isə, iki LED modulu olan ikinci nəsil adaptiv matrisa fənərləri təklif edilir. Amma duman əleyhinə ayrı işıqlar artıq yoxdur.
Skoda Octavia Combi RS
Arxa fənərlər artıq standart olaraq tamamailə işıqdiodlarından hazırlanıb. Əlavə ödəniş müqabilində salamlama və vida animasiyaları da təklif edilir. Bamperlər dəyişdirilib, nəticədə liftbək və universalın uzunluğu 4698 millimetrə (+ 9 millimetr) qədər artıb. Bundan sonra yalnız yüngül lehimli təkər diskləri təklif ediləcəklər. Disklərin diametri 16-19 düym arasında dəyişir. Seçmək üçün 10 kuzov rəngi təklif olunur.
Skoda Octavia Combi RS
İnteryer demək olar ki, dəyişməyib, lakin Octavia modeli artıq analoq cihazlar paneli ilə təklif olunmur: standart təchizata rəqəmsal cihaz paneli və media sisteminin 10-düymlük ekranları daxildir. Səsli köməkçiyə inteqrasiya olunmuş ChatGPT süni intellekt də peyda olub. İkizonalı iqlimə nəzarət sistemi isə, multimedia sisteminin yeni 13-düymlük ekranından fərqli olaraq, əlavə ödəniş tələb etmir.
Skoda Octavia RS
Digər opsiyalar arasında 15 vattlıq simsiz doldurma sistemi və 45 vattlıq USB-C portları var. Ümumilikdə yenilənmiş ailə üçün yeni konyak rəngi də daxil olmaqla, interyerin doqquz tərtibat variantı təklif olunur. Bütün materiallar ekoloji cəhətdən tam təmizdirlər: təkrar emal edilmiş parça, süni dəri və hətta Simply Clever firma aksesuarlarında istifadə olunan plastik.
Skoda Octavia
Golf modelində olduğu kimi, 1.0 TSI benzin turbomühərriki də mühərrik çeşidindən çıxarılıb. Onu 1,5 TSI dördsilindrli turbomühərrikin hasilatı 115 at qüvvəsi və 220 Nm-ə qədər azaldılmış versiyası əvəzləyib. Eyni mühərrik, əvvəlki kimi, 150 at qüvvəsi və 250 Nm hasil edən daha güclü versiyada da təklif olunur. İki ötürmələr qutusundan seçim təklif olunur: altı pilləli mexaniki ötürmələr qutusuvə ya yeddi pilləli DSG “robotu”. İkinci halda isə, kəmər ötürücüsü olan 48 voltluq startyor-generator və litium-ion batareyası mütləqdir.
Skoda Octavia
2.0 TDI turbodizel əvvəlki kimi iki versiyaya malikdir, lakin onlar transmissiya növünə görə ciddi şəkildə fərqlənirlər. Baza dizeli (115 at qüvvəsi,300 Nm) yalnız mexaniki transmissiya ilə tandemdə çalışır, hasilatı 150 at qüvvəsi və 360 Nm olan varinat isə, yalnız DSG “robotu” ilə təklif edilir. Nəhayət, yeganə tam ötürməli Octavia modeli indi gücü 190-dan 204 at qüvvəsinə qədər artırılmış 2.0 TSI benzin turbomühərriki (fırlanma anı dəyişməyib -320 Nm) və DSG sürət qutusu ilə təklif olunur.
Skoda Octavia
“Qaynar” Skoda Octavia RS versiyası isə, 200 at qüvvəli dizel mühərrikini, tam ötürmə sistemini və hətta mexaniki ötürmələr qutusunu da itirib. Lakin 2.0 TSI benzin turbomühərriki indi 265 at qüvvəsi (+20 at qüvvəsi) və 370 Nm fırlanma anına malikdir, alternativi olmayan yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışır. İdman asqısı baza Octavia modelindəkinə nisbətən 15 millimetr aşağı endirilib. Yalnız RS versiyası üçün 19-düymlük təkər disklərini sifariş etmək olar (standart olanlar bir düym kiçikdir), matrisa fənərləri və idman kresloları standart təchizata daxildirlər.
Beləliklə, Octavia iV plagin hibridi və Octavia Scout kross-universalı hələlik yenilənməyiblər. Yenilənmiş modellərə sifarişlərin qəbuluna fevral ayının sonunda başlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.