Mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda Şkoda şirkəti yenilənmiş Fabia modelini nümayiş etdirəcəkdir. Bu gün çex istehsalçısı yenilənmiş hetçbekin ilk tizerini də dərc edib.
Yenilənmiş Şkoda Fabia haqqında ətraflı məlumat yoxdur. Şirkət nümayəndələri yenilənmiş hetçbek işıqdidolarından fənərlərlə, həmçinin «Simply Clever» seriyas;ndan olan qeyri-adi opsiyalarla təchiz ediləcəkdir. Bundan başqa, təsvirdən də göründüyü kimi, avtomobil yeni radiator barmaqlığına sahib olacaqdır.
Eyni zamanda, Fabia modelinin «qaynar» RS modifikasiyasını da yenidən həyata qaytarılacağı ehtimal edilir. İlkin məlumatlara görə, belə avtomobil hibrid güc qurğusu ilə təchiz edilə bilər. Bu modifikasiyanın köməyi ilə istehsalçı elektrik mühərriklərinin seriya modellərində tətbiqinin üstünlüyünü nümayiş etdirmək fikrindədir.