Skoda şirkəti yenilənmiş Fabia universalının “yolsuzluq” üçün nəzərdə tutulan Scoutline variantını təqdim edib. Artyıq məlumdur ki, növbəti nəsil Fabia belə növ kuzova malik olmayacaqdır. Odur ki, Fabia Scoutline modelini vida versiyası kimi səciyyələndirmək olar.
Adi universalın kross-varianta çevrilməsinin resepti çox asandır: kandarlara və təkər tağlarına qara plastikdən müdafiə qurşağı əlavə edirsən, bamperlərə isə gümüşü rəngli dekor. Gümüşü rəngə güzgülərin gövdəsini və damdakı relinqləri də boyamaq olar. Vəssəlam!
Skoda Fabia Scout standart olaraq 16-düymlük təkər diskləri ilə təchiz edilir. Əlavə ödənişlə daha iri diametrli - 17-düymlük diskləri də sifariş etmək olar. Asqı sistemində və salonda dəyişiklik yoxdur. Yeganə dəyişiklik standart Ambition və Style səviyyələrinin genişləndirilmiş təchizatındadır. Məsələn, metallik rəngi və kruiz-kontrol bütün “Skautlaynlarda”təchjizatına daxildir.
Kross-universal adi Fabia modelinin təchiz edildiyi mühərrik çeşidinə sahibdir. Buraya 60 və 75 at qüvvəli 1,0-litrlik atmosfer mühərrikləri, 95 və 100 at qüvvəli 1,0-litrlik turbomühərriklər daxildir. Güc aqreqatları mexaniki qutular ilə tandemdə çalışırlar. Ən güclü versiya üçün DSG “robotunu” sifariş etmək də olar. Dizel aqreqatları modelin mühərrik çeşidindən çıxarılıblar.
Skoda Fabia Skoutline modellərinin Avropadakı satışlarına yaxın zamanlarda başlanacaqdır.