Skoda şirkəti yaxın günlərdə təqdimatı keçiriləcək yenilənmiş Kodiaq modelinə olan marağı artırmağa davam edir. Krossoverin debütünə bir həftədən az vaxt qalır və çex markası yenilənmiş modelin detallarının nümayiş olunduğu videotizeri yayımlayıb: tizerdə yenilənmiş ön və arxa işıq texnikası, kuzovun yan tərəfləri və təkər diskləri göstərilir.
Skoda şirkəti yenilənmiş Kodiaq krossoverinin ön tərəfin "daha təsirli" dizaynını alacağını vəd edir. Krossover sələfindən demək olar ki, şaquli vəziyyətdə yerləşən yeni altıbucaqlı radiator barmaqlığı ilə fərqlənəcəkdir.
Nazikləşdirilmiş fənərlərin altında ayrı diod modulları var, arxada isə korporativ C-şəkilli tərtibatını qoruyub saxlamış mürəkkəb naxışlı işıq texnikası görünür. Tizerdə daha nazik görünən qapı tutacaqları olan çıxıntılı yan tərəf və yenidən işlənmiş dizaynı olan təkər diskləri nəzərə çarpır.
Mart ayının sonunda Skoda restaylinq keçmiş Kodiaq modelinin dizayner eskizlərini dərc edib. Onlarda optikanın forması, fərqli duman fənərləri və L-şəkilli əlavələrlə haşiləyələnmiş daha geniş ön hava girişi tamamilə açıqlanıb. Yenilənmiş Kodiaq modelinin təqdimatı 13 aprel tarixində onlayn formatda keçiriləcəkdir,