Şkoda şirkəti yenilənmiş Octavia ailəsinin interyerində baş vermiş dəyişikliklər barədə ətraflı məlumat yaymışdır. Avtomobil üçün nəinki interyerin yeni rəng tərtibatı variantları, həmçinin genişləndirilmiş standart və əlavə avadanlıq siyahısı təklif edilir.
Yenilənmiş Şkoda Octavia daha müasir olmuş, bir sıra təchizat səviyyələrində isə, əvvəllər bayraqar Superb modeli üçün əlçatan olan avadanlıqlar peyda olmuşdur. Rəsmi məlumata görə, yenilənmiş Octavia modelinin interyerində bir sıra dəyişikliklər edilmişdir. Belə ki, çexiyalı mütəxəssislər salonun dizaynı və erqonomikası üzərində işləmiş və naqılsiz texnologiyaları əlavə etmişdirlər.
2017-ci ilin Şkoda Octavia Ambition modifikasiyası qəhvəyi-qara salonla təklif ediləcəkdir. Əvvəllər belə rəng tərtibatı yalnız avtomobilin bahalı modifikasiyaları üçün əlçatan idi. Bundan başqa, Style və Laurin&Klement variantları qapı panellərinin işıqlandırmasını əldə etmişdirlər. İstehsalçının bildirdiyinə görə, işıqlandırmanın rəngini xüsusi sistemin köməyi vasitəsi ilə dəyişmək mümkündür.
Yenilənmiş Şkoda Octavia Combi universalı baqaj bölümünün qapağının elektrik ötürməsini əldə etmişdir. Bundan başqa, baqaj bölümünün döşəməsini xüsusi şelf sayəsində dəyişmək mümkündür ki, bunun sayəsində də baqajı rahat şəkildə yerləşdirmək olar. Əlavə olaraq, baqaj bölümündə içıqdiodlarından hazırlanmış əl fənəri, həmçinin çanta və paketlər üçün xüsusi qarmaqlar da quraşdırılmışdır.
Yenilənmiş Octavia təkmilləşdirilmiş ön oturacaqlarla təchiz edilmişdir ki, bu oturacaqların arxa hissəsində açılan kürsülər quraşdırılmışdır. Yenilənmiş modellər smartfon üçün xüsusi bölüm əldə etmişdirlər ki, Ambition variantı üçün smartfonların Phonecox naqılsiz doldurulması və müasir CANTON səs sistemi də təklif edilir. Opsional olaraq avtomobili 230-voltluq rozetka ilə təchiz etmək mümkündür.
Swing və Bolero məlumat əyləncə kompleksləri artıq MirrorLink, Apple CarPlay və Android Auto əlavələrinə dəstəkləyir. Bundan başqa, smartfon və ya planşeti SmartGate sistemi vasitəsi ilə avtomobilə qoşmaq mümkündür. Yenilənmiş Octavia modelinin salonunda Wi-Fi giriş nöqtəsini də quraşdırmaq olar. Bu zaman opsional olaraq 4G LTE sürət modulu da əlçatan olacaqdır.