Keçən il Skoda şirkəti 94 ədəd yeni ideyanı patentləşdirib ki, bu da, istehsalçının bildirdiyinə görə, bu "2017-ci ildəkindən iki dəfə çoxdur". Bu, sadəcə Simply Cliver mövzusundan olan növbəti nou-haular deyil, həm də istehsalla əlaqəli yeniliklərdir. Məsələn, qaynaqdan əvvəl kuzov hissələrini tez və dəqiq bir şəkildə bərabərləşdirməyə və qaynaq robotlarının trayektoriyalarını tənzimləməyə kömək edən dörd kameralı bir sistem tətbiq edilib.
Daha bir yenilik, qaranlıqda təhlükəsizlik kəmərlərinin bağlanmasını asanlaşdıran işıqlanan kəmər qıfıllarıdır
Başqa bir qeydə alınan əhəmiyyətli aksessuar, "son mil" üçün nəzərdə tutulmuş ehtiyat skuteridir. Qatlanan Skoda Scooter 49 × 42 × 11 santimetrlik ölçülərə malikdir və asanlıqla baqaj bölümündəki xüsusi bölmədə yerləşir.
Bu skuter Scala və Kamiq modelləri üçün uyğundur. Skuter 4.8 kiloqram ağırlığındadır və Çexiyadakı onlayn mağazada 2968 krona (214 manat) satılır.
Daha bir yenilik baqaj bölməsinin döşəməsinə yapışdırılan xüsusi tutucudur. Bu tutucunu çantanın və ya çamadanın ölçüsünə uyğunlaşdırmaq üçün qatlanma nöqtələrinə malikdir
Simply Clever devizi altında görülən işlər haqqında danışırıqsa, deməli, bizi hələ çox yeniliklər gözləyir. Məsələn, Skoda uzun müddətdir ki, baqaj üçün opsional ikitərəfli kilimlər təklif edir.
Kilimin bir tərəfi xovlu olsa da, digər tərəfi isə suyadavamlı material ilə üzlənib. Patentlərin yeni hissəsində ayaqaltı üçün nəzərdə tutulan yeni kilimlər peyda olub: bu dəfə onlar yaxşı təmizlənən içi boş liflərdən ibarət xüsusi örtük ilə üzlənmişdirlər və onlardakı çirk demək olar ki görünür.
Təəssüf ki, çexlər 94 yeni patent yeniliklərinin hamısını açıqlamayıblar. Xatırladaq ki, Skoda şirkəti belə xoşagələn aksessuarların siyahısı müntəzəm olaraq genişləndirir.
Simply Clever təkcə yanacaq çəninin qapağının içərisində gizlədilən buz təmizləyicisindən və ya qapının içindəki çətirindən ibarət deyil, o həmçinin, baqaj bölməsindəki çıxarıla bilən LED fənərdən, qapıdakı qar fırçasından, kiçik su çənin qıfa çevrilə bilən qapağından, qapıların uclarında qoruyucu plitələrdən və daha bir çox şeylərdən ibarətdir.