Sloveniya-Avstriya şirkəti olan Tushek & Spigel Supercars yeni TS 900 H Apex rodsteri haqqında məlumatı paylaşıb.
Tushek TS 900 H Apex modeli tərkibinə iki elektromotor və 5,2-litrlik V8 mühərrikinin daxil olduğu hibrid güc qurğu ilə təchiz edilir. Salonun arxasında yerləşən benzin mühərriki arxa oxu, elektromotorlar isə ön oxu hərəkətə gətirir. Hibrid güc qurğusunun hasilatı 963 at qüvvəsi və 1400 Nm fırlanma anıdır.
Tushek TS 900 H Apex modelinin şassisi xrom-molibden qarışığından hazırlanıb. Avtomobilin kuzovu isə tamamilə karbondandır. Hiperkarın ümumi çəkisi 1410 kq təşkil edir. Kupe 60 mil/saat (96 km/saat) həddinə 2,5 saniyəyə sürətlənir.
Superkarın hazırlanmasına Tushek Supercars firmasının banisi və sloveniyalı pilot Aleş Tuşek cavabdeh olub. Yarış rejimində keçirilmiş testlər bir neçə ay davam edib. Superkar bir ay sonra geniş kütlə qarşısında debüt edəcəkdir. Avtomobili 7 sentyabr tarixində Blenheym sarayında keçiriləcək Salon Prive tədbirində nümayiş etdiriləcəkdir. Hiperkarın tirajı və qiyməti açıqlanmayıb.