Bu il smart şirkəti özünün 20 illik yubileyini qeyd etməyə hazırlaşır. Əlamət hadisəni qeyd etmək məqsədilə istehsalçı forease adlı konsepti hazırlayıb. Adı “yüngüllük üçün” kimi tərcümə edilən konsept 2001-ci ilin crossblade və 2011-ci ilin fordpeed prototiplərinin motivləri üzrə hazırlanıbdır.
Konsept nəinki damdan, həmçinin yan şüşələrdən və alın şüşəsinin yuxarı hissəsindən məhrum olubdur. Yrardıcıları smart forease modelinin dünyadan təcrid olunmağı sevməyən və şəhər mühiti ilə qaynayıb-qarışmağa hazır olan ekstravertlərə ünvanlandığını qeyd ediblər.
Konseptin əsasını 82 at qüvvəli elektromotoru və 17,6 kilovat-saatlıq litium-ion batareyaları olan smart EQ fortwo elektomobili təşkil edir. “Kəsilmiş” yuxarı hissəsi ilə yanaşı, konsept donorundan bamperləri, diod işıqları, iri təkər diskləri və özünəməxsus qapı dəstəkləri ilə seçilir. Oturacaqların arxasında iki müqavimət sipərləri olan kofr yerləşdirilibdir.
Sükan çarxı da yuxarı hissədən mərhum olub, havalandırma sisteminin deflektorlarının yerinə isə əlavə displeylər quraşdırılıb. Bu displeylərdə saat və hava proqnozu əks etdirilir. Yağışa qarşı müdafiənin olmamasını nəzərə alsaq, sonuncu displeyin əks etdirdiyi məlumat çox vacib məlumatdır.