Britaniyanın IAM Road Smart təşkilatının alimlərinin apardığı tətqiqatların nəticəsinə görə, idarəetmə zamanı Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemlərindən istifadə etmək, avtomobili sərxoş vəziyyətdə idarə etməkdən daha təhlükəlidir. Bu qurumun mütəxəssisləri 1995-ci ildən bəri yol hərəkətinin təhlükəsizliyini araşdırırlar.
Testləri aparmaq üçün alimlər real Peugeot 3008 avtomobilindən simulyator şəklində istifadə edərək, şərti “təhlükə” zamanı reaksiya müddətinin artmasını müqayisə ediblər. Sürücü, avtomobili idarə edərkən ekranda görünən qırmızı zolağa mümkün qədər tez reaksiya verməli idi - bunun üçün sükanaltı dəstəyi çəkmək lazım olub.
Sürücünün reaksiya müddəti necə artdı:
+ 12% - sərxoş vəziyyətdə idarəetmə
+ 21% - narkotikdən istifadə halında idarəetmə
+ 27% - qulaqlıqla söhbət
+ 30% - Android Auto tətbiqinin səslə idarə edilməsi
+ 35% - mətn mesajları yazmaq
+ 36% - Apple CarPlay tətbiqinin səslə idarə edilməsi
+ 46% - telefonla qulaqcıq olmadan danışmaq
+ 53% - Android Auto tətbiqinin sensorla idarə edilməsi
+ 57% - Apple CarPlay tətbiqinin sensorla idarə edilməsi
Sürücünün standart cavab müddəti bir saniyədir. Spirtli içki qəbul edərkən (İngiltərədə icazə verilən maksimum hədd 0.8 promilledir) bu göstərici 12% artıb, Apple CarPlay və Android Auto sistemlərindən istifadə edərkən isə, göstərici, müvafiq olaraq, 57 və 53 faiz artıb.
Eyni zamanda, səslə idarəetməyə malik olan bənzər sistemlər vəziyyəti o qədər də yaxşılaşdırmayıb. Android Auto tətbiqində reaksiya müddəti 30%, Apple CarPlay tətbiqilə isə, 36% artıb. Müqayisə üçün, sərxoş halda idarəetmə reaksiya müddətini 21% artırıb.
Bundan əlavə, araşdırma müəllifləri Apple CarPlay və Android Auto tətbiqlərindən istifadə edən sürücülərin, fərqnə varmadan, hərəkət trayektoriyasından təxminən yarım metrə qədər kənarlaşdıqlarını aşkar ediblər.
Mənbə: IAM Road Smart