Motor Authority nəşri Ford GT superkarının final partiyası barədə təfərrüatları əldə edib: plan üzrə 1350 nüsxə buraxılmalı idi, artıq 1100 avtomobil artıq istehsal olunub və qalan 250 nüsxənin sonuncusu 2022-ci ilin dekabr ayında konveyeri tərk etməlidir. Superkarı əvvəlki kimi, Heritage xəttindən olan iki məhdud saylı versiyada əldə etmək mümkündür: bunlar, Alan Mann Edition və keçən illərin əfsanəvi GT modellərinə həsr olunmuş 64 Prototype Edition versiyalarıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford GT Alan Mann Edition versiyası ilk dəfə 2021-ci ilin dekabr ayında nümayiş etdirilib. Bu versiya keçən əsrin altmışıncı illərndə mövcud olmuş və 1964-cü ildən Ford ilə əməkdaşlıq etmiş Britaniyanın Alan Mann Racing yarış komandasının şərəfinə buraxılıb. Məhdud saylı seriyadan olan GT superkarının qırmızı-qızılı rəngli livreyasını yarışlarda qalib gəlmiş Falcon, Mustang, Cortina və Escort modelləri daşıyıblar.

Image alt Image alt Image alt Image alt Image alt

Ford GT 64 Prototype Edition keçən ilin avqustunda təqdim olunub və Le Manda qəlib gəlmiş yeganə amerikan avtomobili olan 1964-cü ilin prototipinə həsr ediblər. Sportkar göy Antimatter Blue rəngli üçqatlı yarış zolağı olan ağ Wimbledon Ehite rənginə boyanıb. Təkər diskləri yarış zolaqları ilə eyni rəngdədirlər. Ön splitter, yan kandarlar, güzgü dayaqları və arxa diffuzor karbon lifindən hazırlanıb. Sportkarın tirajı 50 nüsxə təşkil edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.