Lotus şirkəti Elise sportkarının sonuncu nüsxəsini yeni sahibinə təqdim edib. 1996-cı ildən bəri istehsal olunan sportkarın buraxılışına 2021-ci ildə son verilib. Lotus Elise modeli ilə birlikdə Exige və Evora modellərinin də istehsalına da son verilib.

Britaniya markası bu modelləri yeni idman avtomobilləri ailəsi ilə əvəzləyəcəkdir. 26 il ərizndə Lotus şirkətinin Britaniyadakı zavodunun konveyerindən 51.738 ədəd Elise, Exige və Evora modelləri çıxıb. Bu markanın 73 illik fəaliyyəti dövründə istehsal etdiyi bütün avtomobillərin demək olar ki, yarısını təşkil edir.

Lotus şirkəti son verdiyi dövrü simvolik şəkildə bağlamaq qərarına gəlib. Elise modelinin sonuncu nüsxəsi Championship Gold rənginə boyanmış 240 at qüvvəli Elise Sport 240 sportkarı olub. Bu avtomobilin sahibi olan Eliza Artioli onu almaq üçün Britaniya markasının Heteldəki mənzil-gərargahına gəlib.

Sahibəsi ilə avtomobilin adının bənzərliyi təsadüfi deyil – vaxtı ilə Bugatti və Lotus şirkətlərinin sahibi olmuş italyan iş adamı Romano Artioli Britaniya markasının yeni avtomobilinə nəvəsi Elizanın adını vermək qərarına gəlib.

Image alt Image alt Image alt

Elise, Exige və Evora modellərinin istehsalına son verildikdən sonra, Heteldəki zavodda iri miqyaslı yenidənqurma işləri həyata keçiriləcəkdir. Bu müəssisədə Lotus markasının sonuncu benzin mühərrikli sportkarı olan Emira modeli və Evija elektrik hiperkarı buraxılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.