2022-ci ildə yaradılmış Sony Honda Mobility müştərək müəssisəsi elanlar və premyeralar üçün hər il yanvar ayında Las-Veqasda keçirilən CES İstehlak Elektronikası Sərgisindən istifadə edir. İki il əvvəl tərəfdaşlar burada Afeela müştərək brendi altında konsept-karı təqdim ediblər, keçən il seriyaöncəsi versiya nümayiş olunub. İndi isə, Afeela 1 seriya liftbəki geniş kütlə qarşısına çıxıb.

Keçən ilki şou avtomobili ilə müqayisədə seriya elektromobili demək olar ki, dəyişməz qalıb. Liftbək yuvarlaqlaşdırılmış axarlı formalara, fənərlərin arasındakı matrisalı panelə (onda müxtəlif mesajlar və animasiyalar göstərilə bilər), arxadakı irəli çıxan spoylerə və elektrik ötürməsi olan çərçivəsiz qapılara malikdir. Qapı tutacaqları yoxdur, yalnız dam dirəklərindəki düymələr var, lakin sürücünün qapısının avtomatik açılmasını aktivləşdirmək də mümkündür: sensorlar sürücünün cibindəki açardan və ya smartfondan gələn siqnalla idarə olunacaqlar.

Afeela 1 elektromobili kifayət qədər böyükdür: onun uzunluğu 4915, eni – 1900, hündürlüyü isə 1460 millimetrdir. Elektrokarın təkər bazası 3000, klirensi isə, 137 millimetrdir. Salon beş sərnişin üçün nəzərdə tutulub, baqajın həcmi Amerika EPA metodologiyasına əsasən 765 litrdir. Maraqlıdır ki, avtomobil salonunda yan kameralar və müvafiq ekranlarla tamamlanan ənənəvi arxa güzgülərə malikdir. Təkrar emal olunmuş materiallardan istehsalda geniş istifadə olunacağı bildirilib: özü də təkcə daxili tərtibatda deyil, həm də kuzov və asqının detallarında da.

Tərtibatçılar Afeela 1 elektromobilini sürücü ambisiyalarından mümkün qədər uzaqda mövqeləndirirlər. Onlar bu avtomobili idarə etməyin stress səviyyəsini azaltmalı olduğunu, salonun isə, kontentin istehlakı üçün nəzərdə tutulduğunu qeyd edirlər. Məhz buna görə də onun böyük ekranları, səs-küyün aktiv boğulması sistemi, adi sükan əvəzinə şturvalı var, baza təchizatına isə, “2+ səviyyəli” avtopilotu daxildir. Onun arsenalında damdakı lidar, 18 kamera, 12 ultrasəs sensoru və 9 radar var, mərkəzi prosessor isə, 800 STƏ (saniyədə trilyon əməliyyat) məhsuldarlığa malikdir.

Ekranlarda digər avtomobillər, piyadalar, yol nişanları, hava şəraiti və digər hərəkət şəraiti haqqında məlumatlar göstərilə bilər. Ətraf mühitin rəqəmsal modeli Unreal Engine 5.3 oyun mühərriki tərəfindən çəkilir, bort sistemi isə, ümumiyyətlə üçüncü tərəfin proqramları, oyunları və xidmətləri üçün açıqdır. Bu, oyun nəhəngi sayılan Epic Games ilə sıx əməkdaşlıq sayəsində mümkün olub. Microsoft isə, süni intellektə malik olan elektron köməkçisini yaratmaq üçün istifadə edilən Azure OpenAI xidmətini (ona ChatGPT inteqrasiya olunub) təqdim edib: şirkət onu şəxsi agent adlandırır.

Honda avtomobilin elektromobil hissəsinin hazırlanmasına cavabdehdir. Göründüyü kimi, Afeela 1 gələcək Honda 0 elektromobillər ailəsi ilə eyni platformada inşa edilib, amma bu rəsmi olaraq təsdiqlənməyib. Liftbək ön tərəfdə ikiqollu, arxada çoxqollu asqıya və bütün təkərlərdəki pnevmodayaqlara malikdir: şassi maksimal rahatlıq üçün köklənib.

Yalnız bir tamötürməli modifikasiya təklif olunur: iki mühərrikin (ön və arxa) hər biri 245 at qüvvəsi hasil edir. Ümumi güc 490 at qüvvəsinə bərabərdir. Tam doldurulmuş 91 kilovat/saatlıq litium-ion dartma batareyası EPA dövrünə əsasən 483 kilometrlik yürüş üçün kifayət etməlidir. SC şarj cihazının cari orta gücü 150 kilovatdır, lakin Afeela 1 modeli NACS şarj portuna malik olacaq - yəni, elektrokar Tesla Supercharger şəbəkəsindən istifadə edəcək.

İki qeydə alınmış təchizat səviyyəsi bəyan edilib. Baza Origin versiyası 19 düymlük təkər diskləri və yalnız qara eksteryer və interyer rəngləri ilə gəlir. Belə liftbək 89,900 dollara başa gələcək, lakin o, yalnız 2027-ci ildə bazara çıxacaq. 102,900 dollarlıq Signature versiyasının 2026-cı ilin ortalarında bazara çıxacağı vəd olunur. O, 21-düymlük təkər disklərinə, salon güzgüsü əvəzinə ekrana, ikinci cərgədəki əlavə displeylərə, kuzov rəngi (üç variant) və interyerin (iki seçim) rəng seçiminə malikdir. Qiymətə avtopilot da daxil olmaqla bir sıra funksiyalara üç illik abunə daxildir, lakin tərtibatçılar bu abunəliyi yeniləmək üçün nə qədər pul ödəmək gərək olduğunu hələlik dəqiqləşdirməyiblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hələlik Afeela 1 elektromobilini yalnız Kaliforniyada sifariş etmək olar. Bu ilin ikici yarısında orada brendin iki ilk sərgi salonu açılacaq, onlardan biri Tesla şirkətinin əsas zavodunun yerləşdiyi Frimontda fəaliyyət göstərəcək. Bununla belə, tərəfdaşlar Afeela liftbəklərini Ohayoda, Honda 0 elektromobillərinin buraxılacağı Honda zavodunda istehsal edəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.