2020-ci ildə Sony korporasiyası avtomobil buraxmağı planlaşdırmadığını bəyan etmişdi. Lakin bu günlərdə Las Veqasda keçirilən İstehlak elektronikası sərgisində (CES) şirkət nəinki ikinci konseptual elektrokarı, həmçinin Sony Mobility avtomobil bölməsinin yaradılacağını bəyan edib.
Bu bölmə seriya avtomobillərinin yaradılması ilə məşğul olacaqdır. Yeni şoukar Vision-S 02 adlanır və 4,9 metr uzunluğu olan yeddiyerli krossoverdir. Yeni konsept iki bundan öncə nümayiş etdirilmiş Vision-S 01 konseptinin üslubunda dizayna malikdir.
Vision-S 02 modeli konsept statusundadır və onun seriya versiyası hələlik təsdiqlənməyib, lakin Sony Mobility bölməsini 2022-ci ilin yazında seriya avtomobillərini hazırlamağa başlayacaqdır. Şirkətin artıq özünəməxsus dizayn üslubunda var: Vision-S 01 və Vision-S 02 konseptlərinin ümumi cəhətləri rəvan xətlər, yan tərəflərdəki qeyri adi ştamplamalar və ön optikanı birləşdirən işıqlanan zolaqdır.
Vision-S 02 modelini ikimühərrikli güc qurğusu hərəkətə gətirir - hər biri 272 at qüvvəsi hasil edən mühərriklər ön və arxa oxda yerləşirlər. Elektrokar yerindən 100 km/saat həddinə beş saniyəyə sürətlənir, onun maksimal sürəti isə elektronika tərəfindən 180 km/saat həddində məhdudlaşdırılıb.
Çox güman ki, yeddiyerli elektrik krossoveri dördyerli Vision-S 01 modeli ilə eyni platformada - Magna Steyr firmasının platformasında inşa edilib. Hər iki elektromobil verici, sensor, kamera və yolda istiqamət verən radarları olan qabaqcıl avtopilotla təchiz edilirlər.
Həm Vision-S 01, həm də Vision-S 02 konsepti yapon korporasiyasının perspektiv texnologiyalarının vitrini rolunu oynayırlar. Lakin bu Sony korporasiyasına elektromobilləri seriyaya buraxmağa mane olmayacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.