Viskonsində yerləşən Speedkore tüninq atelyesi SEMA tüninq şousu üçün Evolution maslkarını hazırlayıb. 1970-ci ilin Dodge Charger modelinə bənzəyən avtomobil fərdi olaraq hazırlanmış ramada inşa edilibdir. Karbondan kuzov panellərinə məxsus olan kupe ekstremal Challenger SRT Demon kupesinin mühərrikinə sahib olub.

Speedkore mütəxəssisləri avtomobil üçün polad ramaya və pilləkən tipli döşəməyə malik olan şassi hazırlayıblar. Kuzov panellərinin əksər hissəsi karbondan hazırlanmışdır. Qalan panellər isə bütöv alüminiumdan yonulmuşdurlar. Kuzovun burulmaya qarşı sərtliyi quraşdırılmış təhlükəsizlik karlası sayəsində təmin edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Evolution modelinin kapotunun altında ötürməli kompressora malik olan 6,2-litrlik V mühərriki yerləşir. Mütəxəssislər kompressorun ötürücü şkivini və mühərrikin yanacaq forsunkalarını dəyişmiş, həmçinin onu quru karterlə, xüsusi giriş və buraxılış kollektorları ilə təchiz ediblər. Tremec T-56 altı pilləli mexaniki qutusu ilə tandemdə çalışan mühərrikin hasilatı 979 (+149) at qüvvəsinə qədər artıbdır.

Kupe hündürlüyü və sərtliyi tənzimlənən amortizatorlara, HRE təkər disklərinə və öndə altı, arxada dördporşenli supportları olan Brembo əyləc mexanizmlərinə sahibdir.

Tantrum

Bu atelyenin hazırladığı ilk belə avtomobil deyil. Üç il bundan öncə tüner Mercury Marine istehsalı olan 1673 at qüvvəli 9,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilmiş Dodge Charger Tantrum modelini hazırlamışdırlar.

Mənbə: Carscoops