Bu Red Bull Ring avtodromunda keçirilən üçüncü sərbəst yürüşlərə Audi pilotları liderlik ediblər. Dünənki yarışın qalibi Mattais Ekstrem dövrəni 1.22.059 zamanla başa vuraraq yürüşlərin cədvəlinə başçılıq edib.
Dünən olduğu kimi, ilk üçlükdə Audi RS 5 DTM avtomobilində yarışan pilotlar təmsil olunublar. Mayk Rokenfeller olonci, Ceymi Qrin isə üçüncü olub. Audi piotlarını Mercedes komandasının britaniyalı pilotu Qəri Paffett təqib edib. O, lidedən 0,228 saniyə geridə qalıb. Beşinci nəticəni Audi komandasının isveçrəli pilotu Niko Müller göstərib. Mercedes komandasının lider Lukas Auer altıncı olub. Rene Rast (Audi) yeddinci, Maro Engel (Mercedes) səkkizinci zamana imza atıblar. İlk onluğu Loik Dyüval (Audi) və Robert Uikkenz (Mercedes) tamamlayıb.
Qüvvədə olan dünya çempionu Marko Vittmann (BMW) on birinci yerdə sıralanıb.