Şpilberqdəki Red Bull Ring avtodromunda keçirilmiş ikinci sərbəst yürüşlərə, yenə də Audi komandasının pilotu Ceymi Qrin liderlik edib.
Britaniyalı dövrəni 1.22.137 zamanla başa vuraraq sərbəst yüyşlərin liderliyini ələ keçirib. Sərbəst yürüşlərin ikinci nəticəsini Rene Rast göstərib - o liderdən 0,041 saniyə geridə qalıb. Ümumiyyətlə, İnqolştat komandasının pilotları şənbə günü keçirilmiş yürüşlərdə üstünlüyə malik olublar. Qrin və Rastın ardınca Mattias Ekstrem və Mayk Rokenfeller, müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar. Niko Müller səkkizinci, Loik Dyüval isə doqquzuncu nəticəni qeydə alıblar.
Mercedes BWT pilotu Edoardo Mortara komanda yoldaşı Lukas Auerin önündə beşinci olub. Daha bir Mercedes pilotu Qəri Paffett yeddinci olub. İlk onluğu tamamlayan Pol di Resta (Mercedes) olub. Bavariya təmsilçisinin pilotları isə ilk onluğa daxil olmayıblar. Görünən odur ki, Audi RS5 DTM avtomobilində çıxış edən pilotlar üstünlüyə malikdirlər. BMW M4 DTM avtomobilinin çəkisinin Mercedes və Audi avtomobillərindən yüngül olmasına baxmayaraq, bavariyalılar lazımi sürətə malik deyildirlər.