Spotify şirkəti axın servisində musiqi və podkastları dinləmək üçün hazırladığı Car Thing (“Avtomobil Əşyası”) adlı avtomobil pleyerini təqdim edib. Zahiri cəhətdən cihaz GPS naviqatoruna bənzəyir: cihaz havalandırma sisteminin deflektoruna və ya alın şüşəsinə quraşdırıla bilən plastik gövdədəki kiçik ekrandan ibarətdir. Spotify şirkəti pleyerlərin ilk partiyasını ABŞ-da pulsuz paylayacağına söz verib, lakin aksiyada iştirak etmək üçün bir sıra şərtlərə əməl etmək gərəkdir.
Cihazı yalnız xüsusi saytda qeydiyyatdan keçmiş və cihazın sınağında iştirak təsdiqini almış ödənişli Spotify Premium abunə sahibləri pulsuz alacaqlar. Üstəlik, onlar cihazın çatdırılması haqqını da ödəməlidirlər. Gələcəkdə şirkət Car Thing pleyerini 80 dollara satmaq niyyətindədir. Bununla birlikdə, satışların başlama vaxtı və pleyerin digər ölkələrdə satılacağı barədə məlumat verilməyib.
Car Thing cihazını həm naviqasiya dəstəyi, həm də seçilmiş pleylistlərə yeyin giriş üçün düymələr ilə və ya səslə idarə etmək olar: sadəcə “Salam, Spotify” demək və müəyyən bir mahnı, albomu, sənətçini və ya podcastı səsləndirməyi xahiş etmək kifayətdir. Avtomobilə qoşulma Bluetooth, USB kabeli və ya 3,5 millimetrlik çıxış vasitəsilə aparılır.
Spotify 2019-cu ildən bəri Car Thing pleyerinin sınaqdan keçirir. Eyni zamanda, şirkətdən Spotify firmasının axın platforması olaraq qaldığını və müxtəlif musiqi cihazlarının buraxılması barədə düşünmədiyini bildiriblər.