Hollandiyadan olan Spyker şirkəti səkkiz silindrli Koenigsegg mühərriki ilə həchiz edilmiş hibrid krossoveri buraxmaq niyyətindədir. Bu barədə Autocar nəşrinə markanın rəhbəri Viktor Müller məlumat vermişdir.
Yeni krossover D12 Peking to Paris layihəsinin davamı olacaqdır.
Xatırladaq ki, adı çəkilən krossover 2016-cı ildə təqdim edilmişdi.İlkin olaraq, 200 öncədən sifariş qəbul edilmiş krossoverin Volkswagen şirkətinin W12 mühərriki ilə təchiz edilməsi planlaşdırılırdı. Sonradan modelin mexaniki kompressoru olan səkkiz silindrli mühərriklə təklif ediləcəyi barədə xəbərlər yayıldı. 2014-cü ildə Spyker şirkəti müflis elan olunsa da, 2015-ci ildə bu prosedur ləğv edilmiş və şirkət fəaliyyətini bərpa etmişdir. 2016-cı ildə şirkətin tamamilə elektrik və yaxud hibrid krossoverini buraxacağı haqqında şaiyələr peyda oldu.
Eyni zamanda, krossover daxili yanacaq mühərriki ilə də təchiz olunmalıdır.
İndi isə, Müllerin sözlərinə görə, şirkət Koenigsegg mühərrikinin əsasında hazırlanmış hibrid güc qurğusunu tətbiq etmək qərarına gəlmişdir.
Bildiyimiz kimi, mart ayında keçirilən Cenevrə avtosalonunda Spyker şirkəti avtomobillərinin isveş mühərrikləri ilə təchiz ediləcəyini bəyan etmişdir. Koenigsegg mühərrikini əldə edən ilk model C8 Preliator Spyder rodsteri olmuşdur. Bununla belə, krossover Lotus şirkətinin hazırladığı alüminium platformasını qoruyub-saxlayacaqdır. Viktor Müller krossoveri “mütərəqqi” və “öz sinifində olan ən gözəl avtomobillərdən biri” kimi qələmə vermişdir. O həmçinin avtomobilin texniki xüsusiyyətlərinin təsdiq edildiyini də bildirmişdir.
Böyük ehtimalla, krossover gələn il keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdir.