SsangYong şirkətinin Direktorlar şurası Seul məhkəməsinə müflis olduğu barədə ərizə ilə müraciət edib. Bu günə istehsalçının üç böyük banka olan borcu 165 milyard Koreya vonuna (149 milyon dollar) çatıb. Şirkət bu borcu ödəmək iqtidarında deyil. Böhran üç il əvvəl başlayıb: SsangYong ciddi itkilərə məruz qalıb və onun ixrac bazarlarındakı payı minimuma enib.
Hazırda SsangYong daxili bazarda artım deyil, satışlarda azalma nümayiş etdirən yeganə Koreya avtomobil istehsalçısıdır: bu ilin on bir ayında şirkətin payı18% azalaraq 79.400 avtomobilə enib.
SsangYong şirkətinin səhmlərinin 75 faizi Hindistan istehsalçısı Mahindra konserninə məxsusdur. Hind konserni Koreya 2011-ci ildə Koreya istehsalçısını dağılmaqdan xilas edib. O zaman, hindistanınlar tərəfindən qoyulan sərmayənin həcmi 520 milyard idi. Ancaq indi Mahindra konserni özü də çətinliklər yaşayır. Bu yay, hindistanlılar xərclərin azadılması proqramını başlatdıqlarını elan ediblər. Pandemiya başlamazdan əvvəl Mahindra Koreya şirkətinin inkişafına təxminən 412 milyon dollar sərmayə qoymağı planlaşdırırdı, lakin böhran zamanı bu planlardan imtina edilib. İyun ayında hindlilər SsangYong paylarını azaltmağa və hətta tamamilə satmağa hazır olduqlarını açıqlayıblar.
Bu günə qədər alıcının tapılmamamsı, SsangYong şirkətinin həyatda qalma şansının çox az olduğunu göstərir.