Koreyanın SsangYong şirkəti gələcəkdə markanın ilk seriya elektrokarı olacaq modelin iki tizerini dərc edib. Bu, hələlik E100 kod adı ilə tanınan krossoverdir.

Şirkət tərəfindən dərc edilmiş qısa press-relizdə gələcək avtomobil ilə bağlı geniş məlumat verilməyib. Açıqlamada, avtomobilin 2021-ci ilin ilk yarısında satışa çıxacağı, alüminiumdan hazırlanmış kapota və saxta radiator barmaqlığına malik olacağı yazılıb. 

Şəkillərdə kompakt yalançı barmaqlıq, LED şeritləri və dam rayları olan "iki mərtəbəli" optika göstərilir.Böyük ehtimalla, yeni avtomobil bəzi bazarlarda Korando adı ilə də tanınan Actyon krossoverinin elektrik versiyası olacaqdır. Ən azından, SsangYong şirkətinin üzləşdiyi maliyyə çətinlikləri bunu söyləməyə imkan verir. Bu səbəbdən də, şirkət üçün tamamilə yeni bir model hazırlamaq çətin olmalıdır. Bu yaxınlarda SsangYong şirkətinə sahib olmuş Hindistanın Mahindra qrupunun rəhbərliyi koreyalılara əlavə maliyyə yardımı göstərməkdən imtina edib.