SsangYong şirkəti Cənubi Koreyada Korando modelinin yeni nsəlini təqdim edib. Model tamamilə yeni dizayna, müasir avadanlığa və rəqəmsal cihazlr panelinə sahib olub.
SsangYong Korando modeli sələfindən alçaq və enli olubdur ki,qabaritlərinə görə yeni model indiki Volkswagen Tiguan modelinə çatıbdır. Krossover 136 at qüvvəsi hasil edən 1,6-litrlik dizael mühərrikinə sahibdir. Güc aqreqatı altı pilləli mexaniki və ya altı diapazonlu avtomatik transmissiya ilə təchiz edilir. Ötürmə tam və öndən çəkişli ola bilər.
Krossover standart olaraq süni dəri ilə üzlənmiş oturacaqlar, altı təhlükəsizlik yastığı, şinlərdəki təzyiqə nəzarət sisteminə, Bluetooth funksiyasını dəstəkləyən və USB girişləri olan multimedia sistemi ilə təchiz edilir. Əlavə ödənişlə Korando modelini 10,25-düymlük Blaze Cockpit virtual cihazlar paneli, salonun kontur işıqlandırması, LED fənərlər, Deep Control elektron təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilir.