Bu il, hazırda KGM Motors adlanan keçmiş SsangYong brendinin 70 yaşı tamam olur. Platin yubuleyin şərəfinə Cənubi Koreya istehsalçısı Musso pikapının xüsusi versiyasını buraxmaqla qeyd etmək qərarına gəlib. Məhdud buraxılışlı Saracen Platinum versiyası iki rəngdə təklif olunacaq: Marble Grey və ya Grand White. Genişləndirilmiş təchizat, avtomobilin seriya nömrəsi olan lövhələr və hətta eksklüziv açar breloku vəd edilir.

“Köçəri” pikap (sarasinlər - Suriyanın sərhədləri boyunca yaşayan köçəri bədəvi qəbilədir) yük bölməsinin elektrik ötürməsi ilə açılıb-bağlanan pərdəsini, təhlükəsizlik qövslərini, yan ayaqaltıları, təkər tağlarının genişləndiricilərini və karterin qorunmasını alıb. Salonda nappa üzlüklü oturacaqlar (ön oturacaqlar havalandırılır və qızdırılır), iki zonalı klimat-kontrol, rəqəmsal cihazlar paneli və naviqasiya, habelə Apple CarPlay / Android Auto dəstəyi olan multimedia sistemi var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pikapın kapotunun altında altı pilləli avtomatik transmissiya ilə birlikdə çalışan 202 at qüvvəsi və 441 Nm fırlanma anı hasil edən standart 2,2-litrlik dizel mühərriki yerləşəcək. Musso azaldıcı pilləsi, və qar üçün ayrıca rejimi olan part-time tipli tam ötürməyə malikdir. Saracen Platinum versiyasının qiyməti 34 min funt sterlinqdən başlayır. Xüsusi seriya 70 nüsxəlik tirajla buraxılacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.