Dördüncü nəsil SsangYong Rexton modeli ilk dəfə üç il bundan əvvəl debüt edib. Bununla belə, yeni model sələfləri qədər uğurlu olmayıb. Bu səbəbdən də, istehsalçı ofrouderin təcili şəkildə modernləşdirilmiş versiyasını beşinci nəsil "tamamilə yeni" avtomobil kimi təqdim edir. Əslində yenilənmələrin həcmi yalnız ən dərin restaylinqdən xəbər verir.
Yenilənmiş Rexton modelini ön tərəfdəki geniş səkkizguşəli radiator barmaqlığı, kiçildilmiş duman işıqları olan ön bamper və LED fənərlər sayəsində tanımaq olar. Arxa tərəfin arxitektura dəyişilməyib, ancaq arxa işıq texnikası yeni tərtibata malik olub. Xrom əlavələri olan arxa bamper bir qədər dəyişdirilib.
Avtomobilin ölçüləri praktik olaraq dəyişməyib: modelin uzunluğu (4850 millimetr) və eni (1920 millimetr) dəyişilməyib, hündürlüyü isə 25 millimetr artaraq 1825 millimetrə bərabər olub. Təkər bazasının uzunluğu 2865 millimetr, klirens isə 224 millimetrdir. Yenilənmiş SsangYong Rexton 17 - 20 düymlük təkər diskləri ilə təchiz edilir.
Salonda baş vermiş dəyişikliklər daha azdır. Yenilənmiş ofrouder 12,3-düymlük virtual cihazlar panelinə, transmissiyanın qeydə alınmayan coystikinə və yeni dördqollu sükan çarxına sahib olub. Bundan əlavə, ofrouder yeni qapı panellərini, habelə doqquz düymlük ekranı və naviqasiyası olan, Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən təkmilləşdirilmiş media sistemi əldə edib. İnteryerin tərtibatında istifadə edilən materialların keyfiyyəti yüksəldilib. Salondakı təhlükəsizlik yastıqlarının sayı əvvəlki kimi doqquz ədəddir.
Ancaq bütün bunlar bahalı versiyalar üçün əlçatandır. Baza versiyalı Rexton modeli monoxrom ekranı olan ənənəvi cihazlar paneli və səkkiz düymlük displeyi olan multimedia sistemi ilə təchiz edilir. Vətənində Rexton yalnız beş yerlik versiyada satılır. İkinci sıranın oturacaqlarını qatlayaraq, yük bölməsinin həcmini 784-dən 1977 litrə qədər artırmaq olar. İxracat üçün üçüncü oturacaq sırası olan versiya da mövcuddur.
Baza mühərriki sayılan 2,2-litrlik e-XDi turbodizeli yenilənmədən sonra 202 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edir. Əvvəllər bu aqreqat 181 at qüvvəsinə və 420 Nm fırlanma anına malik idi. Mercedes-Benz şirkətinin səkkiz pilləli avtomatik transmissiyası 7G-tronic "avtomatı" ilə əvəzlənib. Bəzi bazarlarda ofrouderin 225 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin turbomühərriki, altı pilləli mexaniki ötürmələr qutusu və ya Aisin "avtomatı" ilə təchiz olunmuş versiyası da təklif edilir.
Ənənəvi olaraq, modelin baza versiyaları arxa ötürməlidir. Əlbəttə ki, ön oxu sərt şəkildə birləşdirən və azaldıcı pillələri olan tam ötürmə sistemi də mövcuddur. Nəhayət, sükanın hidrogücləndirici elektrik gücləndiricisi ilə əvəzlənib.
Köməkçi avadanlıqlar siyahısına adaptiv kruiz-kontrol, avtomatik əyləcləmə sistemi, zolaqda saxlama və kor zonalara nəzarət funksiyası (əlavə olaraq sərnişinlərin avtomobildən təhlükəsiz çıxışını təmin etmək üçün dayanan avtomobilin ətrafındakı məkanı da izləyə bilir) və yedəklə hərəkət üçün elektron köməkçi daxildir. Təkmilləşdirilmiş turbodizel ilə təchiz edilən Rexton üç tona qədər yük daşıya bilər.
Yenilənmiş Rexton modelinin Cənubi Koreyadakı satışlarına artıq start verilib. Yenilənmiş ofrouder Avropa bazarında 2021-ci ilin martında satış debütü edəcəkdir.