Bir müddət bundan öncə SsangYong şirkətinin Cenevrə avtosalonunda Musso pikapını təqdim edəcəyini yazmışdır. Sən demə koreyalılar pikapı Avropa bazarında Musso adlı ilə deyil, daha çox tanınan Rexton Sport adlı ilə satmaq fikrindədir. Bu gün istehsalçı yeni pikapın rəsmi fotoşəkillərini də yayıb.
Bununla belə, Cənubi Koreya istehsalçısı SsangYong Musso modeli haqqında texniki məlumatı açıqlamayıb. Yeni pikapın əsasını sonuncu nəsil Rexton modelinin inşasında istifadə edilən rama təşkil etsə də, onun təkər bazası ofroderə nisbətən 235 millimetr daha genişdir və 3100 millimetr təşkil edir. Pikapın qabarit uzunluğu 5095 millimetr (+245 millimetr), hündürlüyü isə 1870 millimetrdir (+45 millimetr). Yük platformasının ölçüləri 1300x1570 millimetrə, bortların hündürlüyü isə 570 millimetrə bərabərdir.
Rexton Sports modeli 181 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,2-litrlik dizel güc aqreqatı ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki və ya Aisin firmasının məhsulu olan avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Bir sıra bazarlarda pikap 2,0-litrlik benzin mühərriki ilə də təklif ediləcəkdir. SsangYong Rexton Sport modeli arxadan və ya tam ötürməli çəkiş sistemləri ilə təklif ediləcəkdir. Yerli bazarda istehsalçı 2500 ədəd pikap satmağı planlaşdırır.