SsangYong şirkəti Rexton modelini əvəz edəcək yeni bayraqdar krossoverinin ilk təsvirini dərc etmişdir. Cənubi Koreyanın Chosun nəşri yeni modelin təqdimat mərasiminin mart atının 30-da Seulda keçiriləcəyini bildirmişdir.
Yeni krossoverin satışlarına bu ilin birinci yarısında başlanacaqdır. Bununla belə, model haqqında məlumat çox azdır. İstehsalçı yeno ofroderin zavoddaxili Y400 kodunu daşıdığını, onun dizaynının isə Parfenondan ilham alınaraq yaradıldığını bildirmişdir. Bundan başqa, ofroder yüksəksərtlikli poladdan hazırlanmış ramaya və arxa çəkişli modifikasiyaya malik olacaqdır. Tam çəkişli variant haqqında heç bir məlumat verilməmişdir.
Əvvəllər Rexton modelinin yeni nəslinin carçısı olaraq LIV-2 konsept avtomobili göstərilirdi. Konseptin zahiri görkəmi seriya modelindən fərqlənsə də, onun interyeri dəyişilməz qalacaqdır. Konsept 9,2-düymlük sensorlu displeyi, Wi-Fi giriş nöqtəsi, Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən multimedia sistemi, həmçinin arxa sərnişinlər üçün nəzərdə tutlmuş 10,1 düymlük ekranı olan əyləncə kompleksi ilə təchiz edilmişdir.
Y400 modelində belə bir sistemin quraşdırılacağı istisna edilmir. Ehtimallara görə, ofroder 181 at qüvvəli 2,2-litrlik dizel, və 225 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir.
Güc aqreqatları Mercedes-Benz şirkətinin avtomatik ötürmələr qutusu ilə birgə çalışacaqdırlar. Bir daha xatırladaq ki, yeni ofroderin rəsmi təqdimat mərasimi 30 mart tarixində keçirilməlidir.