Stellantis konserni 2030-cu ilə qədər Avropada yalnız elektromobilləri satmağı, 2038-ci ilə qədər isə, karbon neytrallığına nail olmağı planlaşdırır. Buna, D və E seqmentlərinin modellərinin əsaslanacağı STLA Large arxitekturası da daxil olmaqla, dörd BEV platforması kömək etməlidir.

Bu arxitektura 85-118 kilovat-saat tutumlu, 400 və 800 volt gərginlikli batareyaları dəstəkləyir və onları dəqiqədə 4 ,5 kilovat-saat sürətilə doldurmağa imkan verir. STLA Large platformasına əsaslanan avtomobillər 288 millimetrə qədər klirensə, ön, arxa ya tam ötürməyə və xarici diametri 33 düym olan təkərlərə malik ola bilərlər.

STLA Large platformasına əsaslanan modellərə 800 kilometrə qədər yürüş ehtiyatı və 100 km/saata təxminən iki saniyəyə sürətlənmə vəd edilir. Maraqlıdır ki, bəzi hallarda güc göstəriciləri Hellcat mühərriklərindən daha yüksək olacaq. Platformanın çevikliyi ümumi uzunluğu 4764 - 5126 millimetr arasında, həmçinin kuzov çıxışlarının, təkər izinin və digər parametrlərin ölçüsünü dəyişdirməyə imkan verəcək.

STLA Large platformasında güc aqreqatının komponentlərinin asqı və kronşteynləri ayrıca modullar formasında hazırlanırlar ki, bu da idarəetmə xüsusiyyətlərini dəqiq tənzimləməyə kömək edir. EDM qurğuları mühərrik, ötürmələr qutusu və silisium karbidindən çeviricini bir korpusda birləşdirirlər. 

Bütün köməkçi elektronika sıx şəkildə quraşdırılır və aşağı enerji istehlakı ilə seçilirlər. Enerjiyə qənaət etmək üçün, oxlara özükilidlənən differensialların və təkər ötürücülərinin ayrılması mexanizmlərinin quraşdırılması da mümkündür.

Bununla belə, STLA Large platforması tam elektrik sistemləri ilə yanaşı, hibrid və adi daxili yanma mühərriklərinin quraşdırılmasına da imkan verir. Platforma avtomobillərin, krossoverlərin və hətta ofrouderlərin əsasını təşkil edəcək. 

Bu arxitekturaya əsaslanan ilk elektromobilləri Dodge və Jeep, daha sonra isə Alfa Romeo, Chrysler və Maserati buraxacaq. Görünür, söhbət növbəti nəsil Dodge Charger və Jeep Wagoneer S modellərindən gedir.

Artıq Jeep üçün 600 at qüvvəsindən çox gücə malik olan və 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətləndirən güc qurğusu bəyan edilib (Jeep Grand Cherokee Trackhawk modelində olduğu kimi). Yürüş ehtiyatı 643 kilometr olmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.