Stellantis konserninin avtopilotu SAE şkalası üzrə üçüncü muxtariyyət səviyyəsinə malikdir. Avtopilot gecə və ya pis hava şəraitində korlaşmır, ancaq 60 km/saata qədər sürətlərdə işləyir.

Müqayisə üçün qeyd edək ki, Mercedes-Benz şirkətinin Drive Pilot sistemi avtomobili 95 km/saata qədər sürətlərdə idarə edir, onilliyin sonuna qədər bu həddini 130 km/saata qədər artırması perspektivinə malikdir. 

SAE Level 3 ilə yanaşı, STLA AutoDrive 1.0 adi Level 2 (əlləri sükanda saxlamağı tələb edir) və ya Level 2+ (əlləri sükandan çəkmək olar, ancaq yola baxmaq gərəkdir) sistemi kimi işləyə bilər, bu halda sürət həddi daha yüksək olacaq.

Şirkətin məlumatına görə, avtopilot şəhərdə istifadə üçün idealdır. O, sistemin idarəetməni öz üzərinə götürməyə hazır olduğunu vizual və səsli bildirişləri vasitəsilə xəbər verir, düyməni basdıqdan sonra isə, sürücü başqa işlərlə məşğul ola bilər: o, filmlərə baxmaq, kitab oxumaq və ya sadəcə olaraq ətrafdakı mənzərəyə baxmaq imkanına malikdir.

Elektronika məsafəni qoruyacaq, avtomobili sürətləndirəcək, sükanı idarə edəcək və əyləcləməni həyata keçirəcək. Avtopilot özünü sanki insan kimi aparır, onun sensor və vericilərinin çirklənməsinin qarşısını almaq üçün təmizləmə sistem var.

STLA AutoDrive məlumatı buluddan alır, ona görə də yeni proqram təminatı buraxıldıqca onu təkmilləşdirmək olar. Avtopilotu müxtəlif bazarların tələblərinə uyğunlaşdırmaq da çətin deyil. Növbəti yeniləmələrdə sistemin yuxarı sürət həddi 95 km/saata qədər çəkiləcək. Üstəlik, bəzi modellərdə avtopilotun ofroud versiyası da peyda olacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.