Stellantis konserni geniş miqyaslı proqramlaşdırmaya istiqamət götürüb. Konsern 2025-ci ilə qədər rəqəmsal texnologiyaların və abunə xidmətlərinin inkişafına 30 milyard avro sərmayə qoymağı planlaşdırır. Bu yolla, konsern bu onilliyin sonunda əlavə 20 milyard avro gəlir əldə etmək istəyir. Istehsalçı 2030-cu ilə yolda 34 milyona yaxın “qoşulmuş” avtomobillərin olacağını planlaşdırır və bu yolla əlavə gəlir götürməyi hədəfləyir. Belə avtomobillərin sahiblərinin ixtiyarına pullu xidmətlər və süni intellekt elementləri olan quraşdırılmış tətbiqlər veriləcəkdir.

Stellantis konserninin proqramlaşdırma strategiyası, qlobal elektrikləşdirmə planının bir hissəsi və faktiki olaraq yeni biznes-modelə keçiddir. Artıq konsern təkcə avtomobil satışlarından deyil, həm də abunə xidmətlərindən və “tələb üzrə opsiyalardan” qazanc əldə etmək istəyir. Bunun üçün, 2024-cü ilə qədər yeni STLA Brain elektron və proqram arxitekturası tətbiq edilməlidir – bu, yüksək sürətli şina vasitəsi ilə birləşmiş 30 ayrı modulu olan mərkəzi kompyüterdir. Sistem buluda inteqrasiya olunub, “hava” üzərindən yenilənir və yeyin şəkildə yeni funksiyaları quraşdırmağa imkanı verir.

STLA Brain arxitekturasına əsaslanan SmartCockpit multimedia platformasının yaradılması da nəzərdə tutulub. Bu platforma Stellantis və Foxconn şirkətlərinin birgə sahib olduğu Mobile Drive tərəfindən hazırlanmış proqram təminatı ilə çalışacaqdır. SmartCockpit avtomobillərə süni intellektə əsaslanan tətbiqləri (naviqasiya, səs köməkçisi), 5G şəbəkəsinin dəstəyini, ödəniş sistemlərini və elektron ticarət xidmətlərini əlavə edəcəkdir.Nəhayət, konsern BMW ilə birlikdə daim “təkmilləşən” və SAE klassifikasiyasına əsasən 2-3 səviyyəsinə uyğun gələn avtonom idarəetmə sistemini - STLA AutoDrive platformasını yaradacaqdır.

Proqram təminatının və “tələb üzrə opsiyaların” köməyi ilə müştərilər avtomobillərini fərdi tələbatlarına uyğunlaşdıra biləcəklər. 2026-cı ilə “qoşulmuş” – yəni, potensial olaraq qazanc gətirən avtomobillərin sayı cari 12 miyondan 26 milyona yüksələcəkdir. Hər il Stellantis təkcə proqram məhsullarından dörd milyarda yaxın qazanc əldə edə biləcəkdir. Növbəti onilliyin sonuna belə avtomobillərin sayı 34 milyona, konsernin gəliri isə 20 milyarda qədər artacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.