Hər il Bonhams hərrac evi əntiq avtomobillərin satıldığı auksionlar təşkil edir. Bu il satışların ulduzu məşhur avtoyarışçı Stirlinq Mossun idarə etdiyi əfsanəvi superkar olmuşdur. Söhbət, 1954-cü ildə istehsal edilmiş Aston Martin DB3S avtomobilindən gedir. Yeri gəlmişkən, bu avtomobilin ilk sahibi Aston Martin brendinə nəzarət edən multimilyoner Devid Braun olmuşdur. Qeyd etmək lazımdır ki, avtomobilin yaradıcıları şübhəli eksperimentə əl atmışdılar - avtomobilin kuzovu yüngül şüşə-plastikdən hazırlanmışdı.
Çox maraqlıdır ki, nəticədə Braun demək olar ki bu avtomobildən istifadə etməmişdir. faktiki olaraq o avtomobili Aston Martin komandasına vermişdi. Bu hadisə komandanın pilotları bütün idman avtomobillərini «Le Manın 24 saatı» marafonunda məhv etməsindən sonra baş vermişdi.
Təbii olaraq avtomobili yarışda iştirak üçün yenidən hazırlamışdılar. İk növbədə, mütəxəssislər avtomobilin şüşə-plastikdən olan kuzovunu alüminiumdan hazırlanmış analoqu ilə əvəz etmişdilər. Bu əfsanəvi avtomobili Roy Salvadori, Piter Kollinq və Stirliq Moss kimi əfsanəvi pilotlar idarə etmişdilər.
Aston Martin DB3S
Qeyd etmək lazımdır ki, avtomobil həmçinin, «Mille Miglia» və «Nürburqrinqin 24 saatı» yarışlarında da iştirak etmişdir. Eyni zamanda avtomobil «Le Man» trekini də fəth etmişdir. Aston Martin DB3S avtomobili, hətta, «Əclaflar üçün məktəb» filmində də çəkilmişdir. Əlbəttə ki, Bonhams hərrac evi avtomobilin satışından bir neçə milyon vəsait əldə etmək niyyətindədir. Dəqiq desək, 8,5 milyon avro.
Mütəxəssislərin fikrincə sonunda əntiq avtomobilin 10 milyona satılmaq şansı da mövcuddur.