Subaru şirkəti Ascent adlı yeddi yerli krossoverin ilk tizerini yayıb. Yeni modelin debütü 28 noyabr tarixində işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir. Tizer şirkətin Twitter sosial şəbəkəsindəki səhifəsində dərc edilib.
Subaru Ascent modelinin carçısı olan Viziv-7 SUV konsept avtomobili bu ilin yazında Nyu_york avtosalonunda nümayiş etdirilibdir. Konseptin maraqlı xüsusiyyətlərindən biri rəqəmsal cihazlar paneli və klimat-kontrolun bloku ilə birləşdirilən multimedia sisteminin displey olub.
Ehtimallara görə, Subaru Ascent yeni 2,4-litrlik turbokompressorlu oppozit mühərriki ilə təchiz ediləcəkdir. Yeni modelin istehsalı yapon markasının Lafayett şəhərindəki (ABŞ) zavodunda aparılacaqdır. Şimali Amerika bazarında krossoverin satışlarına 2018-ci ildə başlanacaqdır.