Subaru şirkəti BRZ modelinin Final Edition adlandırılmış xüsusi versiyasını təqdim edib. Final seriyadan olan kupenin tirajı 100 nüsxədən ibarət olacaq və yalnız Almaniyada satılacaqdır. İdman avtomobilnin "son" partiyası eksteryer tərtibatı, sərt asqı və iki eksklüziv kuzov rəngində təklif ediləcəkdir.

Zahiri cəhətdən, Subaru BRZ Final Edition modelini 17-düymlük on milli tünd rəngli təkər diskləri və qırmızı rəngli əyləc supportları sayəsində tanımaq mümkündür. Kupenin üçün standart rəng qara metallik olacaqdır. Lakin, 100 avro qarşılığında sportkarı Blue Pearl parlaq mavi rəngə boyamaq olar.

Əsas dəyişikliklər sportakrın interyerdə olacaqdır: qara-mavi dəri və alkantara ilə bəzədilmiş ön oturacaqlar, multisükan, qapı kartları və transmissiyanın dəstəyindəki seçilən mavi tikişlər standart təchizata daxil olacaq, xüsusi kilimlər isə kupenin xüsusi statusunu vurğulayacaqdır. Bundan başqa, salonda dekorativ emblemlər quraşdırılacaqdır.

"Vida" idman avtomobillərinin texniki hissəsində heç bir dəyişiklik gözlənilmir: yeganə yenilik sərt xarakteristikalar malik olan Sachs amortizatorlarının quraşdırılması olacaqdır. Sportkar, 200 at qüvvəsi hasil edən 2,0-litrlik oppozit mühərriki və 6-pilləli mexaniki transmissiya ilə təchiz ediləcəkdir. 1700 avro ödəməklə 6-diapazonlu "avtomatı" da əldə etmək olar. Almaniyada Subaru BRZ Final Edition sportkarının başlanğıc qiyməti 40.270 avro (73.860 manat) təşkil edir.