Subaru şirkətinin mütəxəssisləri yenilənmiş BRZ modelinin təqdimat mərasiminə aktiv şəkildə hazırlaşırlar. Bir müddət öncə, yapon istehsalçısının mətbuat xidməti yenilənmiş kupenin bir neçə fotoşəkilini və xüsusiyyətləri haqqında məlumatı dərc etmişdirlər. İlk növbədə, yapon mühəndisləri avtomobnilin mühərriki üzərində çalışmışdırlar. Yenilənmiş proqram təminatının tətbiqi nəticəsində mühərrikin gücü 200 at qüvvəsindən 205 at qüvvəsinə qədər artırılmışdır.Bundan əlavə, mütəxəssislər altı pilləli mexaniki sürətlər qutusunun ötürmələr nisbərtini 4,1-dən 4,3-ə dəyişmişdirlər. Nəticədə, kupenin dinamik xüsusiyyətləri hiss olunacaq dərəcədə yaxşılaşmışdır.
Avtomobilin zahiri görkəminin kosmetik dəyişikliklərə məruz qaldığı da bildirilmişdir. Dizatnerlər avtomobilin ön fənərlərinin formasını dəyişməsələr də, onlara işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqlaı quraşdırmışdırlar. Özü də bu işıqlar avtomobilin baza variantında da olacaqdır. Bundan əlavə, baqaj üzərində bərkidilmiş spoyleri və 17-düymlük diskləri də qeyd etmək olar.
Mətbuat xidməti həmçinin, avtomobilin asqı sistemindəki dəyişikliklər barədə də xəbər vermişdir. Əlavə olaraq Subaru BRZ modelinin əyləc sistemi də təkmilləşdirilmişdir. Opsional olaraq idarəetməni yaxşılaşdıran Performance dəsti də təklf ediləcəkdir. Yenilənmiş BRZ modelinin satışlarına sentyabr ayında başlanışlamıdır.