Subaru şirkəti Amerika Birləşmiş Ştatlarındakı 50 illik fəaliyyətini qeyd etmək məqsədi ilə xüsusi yubiley seriyasından olan avtomobilləri təqdim edib. Məhdud saylı tiraja malik olan avtomobillərin təqdimat mərasimi Çikaqoda keçirilən avtosalonda baş tutub.
Yapon istehsalçısı Çikaqoda hər biri 1050 nüsxəlik tirajla buraxılacaq Crisstrek, Forester, Impreza, Legacy və Outback modellərini nümayiş etdirib. Bundan başqa, Subaru BRZ, WRX və STI modellərindən ibarət üçlüyü 1050 ədədlik partiya şəklində buraxacaqdır. Yubiley seriyasından olan avtomobillər Heritage Blue rənginə boyanacaq, eksteryer və interyerin xüsusi tərtibatına və “SOA 50th Anniversary” emblemlərinə malik olacaqdırlar.
Məhdud seriyasından olan avtomobillərin interyer tərtibatında satin xrom rəngində işləmələrə, xüsusi təkər disklərinə və satin xrom rənginə boyanmış yan güzgülərə sahib olacaqdırlar. Modellərin salonunda çoxlu sayda “50th Anniversary” tikişlərinə rast gəlmək mümkündür. Bu yazılar ön oturacaqlarda və ayaqaltılarda həkk edilibdir. Avtomobillərin salon tərtibatında seçilən tikişlərdən və gümüşü rəngli təhlükəsizlik kəmərlərindən istifadə edilibdir.