2025-ci ilin fevral ayında Subaru şirkətində ikiqat premyera baş tutub. Amerika bazarı üçün nəzərdə tutulmuş altıncı nəsil Forester krossoveri hibrid və yolsuzluq üçün hazırlanmış Wilderness versiyasında debüt edib. Lakin indiyə qədər bu iki modifikasiyanın yolları kəsişməyib və yalnız indi, Nyu-York Avtomobil Sərgisində hibrid güc aqreqatını almış Subaru Forester Wilderness krossoveri debüt edib.

Xarici cəhətdən, yeni Forester Wilderness Hybrid modeli benzin-elektrik təbiətini biruzə vermir. Krossover baza modelindən fərqli bamperləri, yan ətəkləri və radiator barmaqlığı, eləcə də kuzovdakı çoxsaylı boyanmamış plastik və mis aksentlər ilə fərqlənir. Damda reylinqlər, altlıqda isə, əlavə mühafizə quraşdırılıb. Qara 17-düymlük təkər disklərinə “acıqlı” Yokohama Geolandar şinləri ilə taxılıb.

Gücləndirilmiş yaylar və amortizatorlar klirensi 236 millimetrə qədər artırmağa yardım ediblər. Standart Forester Hybrid ilə müqayisədə yaxınlaşma bucağı 19-dan 23,5 dərəcəyə, aşıb-keçmə bucağı 19,3-dən 20,6 dərəcəyə, çıxış bucağı 24,6-dan 25,5 dərəcəyə qədər artıb.

"Hibrid" dəyişiklikləri Wilderness versiyasının interyerində də gözə çarpmır. Salon suya davamlı və asan təmizlənən materiallardan ibarət qarışıq üzləməyə malikdir. Ofroud versiyasının loqotipi ön oturacaqların baş dayaqlarına basma-naxışlar şəklində həkk ediliblər. Döşəməyə (baqaj da daxil olmaqla) xarakterik naxışları olan rezin ayaqaltılar sərilib. Tərtibatda mis rəngli dekordan istifadə olunur. Hibrid güc aqreqatı baqajın həcminə təsir göstərməyib: standart həcm 779 litrdir. Arxa oturacaqlar qatlandıqda bu həcm 1954 litrə qədər artır.

Ən böyük dəyişikliklər, əlbəttə ki, krossoverin kapotunun altında baş verib. 2,5-litrlik atmosfer oppozit mühərriki (183 at qüvvəsi, 241 Nm) və Lineartronic variatoru standart Forester krossoverindən götürülmüş hibrid güc aqreqatı ilə əvəz olunub. 2,5-litrlik oppozit atmosfer mühərriki (164 at qüvvəsi, 209 Nm) qənaətcil dövr üzrə işləyir və ona startyor-generator, habelə dartma elektrik mühərriki (120 at qüvvəsi, 270 Nm) kömək edir. Sistemin ümumi gücü 197 at qüvvəsi təşkil edir.

Forester Wilderness Hybrid krossoveri əsasən elektrik dartması ilə hərəkət edir, çünki daxili yanma mühərriki yalnız nisbətən yüksək sürətlərdə mufta və birpilləli reduktor vasitəsilə təkərlərə qoşulur. Hibrid sistem həm ardıcıl, həm də paralel rejimdə işləyə bilər. Eyni zamanda, Subaru ənənəvi mexaniki tam ötürmə sistemini saxlayıb: paylayıcı qutu və oxlararası mufta da var, arxa oxa isə, kardan valı gedir. Baqaj döşəməsinin altında quraşdırılmış dartma batareyasının tutumu cəmi 1,1 kilovat/saatdır. Tam dolu yanacaq çəni ilə hibrid Forester 935 kilometr məsafə qət edə bilir. Onu rozetkadan doldurmaq mümkün deyil. Yanacaq səmərəliliyinin 25%-ə qədər yaxşılaşdırılacağı vəd edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Subaru Forester Wilderness Hybrid krossoverlərinin ABŞ-dakı satışlarına bu ilin sonlarına qədər başlanmalıdır, qiymətlər də həmin vaxt açıqlanacaq. Məlumat üçün qeyd edək ki, adi Forester hibrid krossoverinin qiyməti 36.600 dollardan, yanacaqlı Forester Wilderness versiyasının isə, 38.400 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.