Subaru şirkəti bu il məişət elektrik şəbəkəsindən qidalana bilən yeni hibrid avtomobilini təqdim edəcəkdir. Bu modeldə Toyota Prius Prime modelinin aqreqatlarından və texnologiyalarından istifadə ediləcəkdir.
Bu barədə xəbəri avtomobillərin texniki hissəsinə cavabdeh olan bölümün başçısı Takeşi Taçimoriyə istinadən Automotive News nəşri yayıb. Bununla belə, rüksək vəzifəli mütəxəssis yeni hibridin hansı modelin bazasında yaradılacağını söyləməyib. Taçimori yalnız hibrid avtomobilin Yaponiyada buraxılacağı və ABŞ bazarında satılacağını bildirib. Hibridin satılacağı əsas ştatlar, Kaliforniya tərəfindən irəli sürülən ekoloji nəqliyyatın inkişafı və tənzimlənməsi proqramını dəstəkləmiş ştatlar olacaqdır. Subaru şirkətindən Toyota texnologiyalarından maksimumdərəcədə istifadə olunduğunu da qeyd ediblər.
Buna baxmayaraq, güc aqreqatı müəyyən təkmilləşdirilmələrə məruz qalıb. Məsələn, onu uzununa quraşdırılan oppozit mühərikinə uyğunlaşdırıblar.
Xatırladaq ki, Prius modelində mühərrik köndələn yerləşir. Toyota Prius Prime 97 at qüvvəli 1,8-litrlik benzin mühərriki, 73 at qüvvəli elektromotor və 8,8 kilovat-saatlıq litium-ion batareyalar bloku ilə təchiz edilir. Elektrik ötrməsi ilə Prius 38 kilometr qət etmək iqtidarındadır. Avtomobilin maksimal yürüş ehtiyatı 960 kilometrdir. Onun batareyalarının doldurulmasına bes saat yarım kifayətdir.