Subaru şirkəti "yolsuzluq üçün xüsusi olaraq hazırlanmış" avtomobilləri üçün Wilderness adını ("vəhşi məkan" və ya "çöl" kimi tərcümə olunur) seçib. Wilderness emblemini və ofroud kuzov dəstini alan ilk Subaru avtomobili keçən ilin mart ayının sonunda debüt etmiş Outback modeli olub.

 İndi isə yapon istehsalçısı ikinci modeli hazırlayıb: Subaru yeni modelin adını birbaşa açıqlamasa da, çox güman ki, bu model Forester krossoveri olacaqdır. Yayımlanan yeganə tizerdə ön qanada bərkidilmiş Wilderness emblemi göstərilir.

Wilderness sırasındakı növbəti avtomobilin Outback ilə eyni təkmilləşdirmələri alacağını güman etmək olar. Bu təkmilləşdirmələrin arasında yenidən tənizmlənmiş asqı sistemi də var: asqı daha sərt olacaq və mürəkkəb yolsuzluqda yükəldilmiş sabitliyi təmin edəcəkdir.

Transmissiyada genişləndirilmiş funksionalı olan X-Mode ofroud rejimi, habelə mühərrikin və dartmaya nəzarət sisteminin optimal xüsusiyyətlərini seçən Snow/ Dirt və Deep Snow/Mud  funksiyaları peyda olub.

Outback universalının klirensi 221-dən 241 millimetrə qədər artırılıb, giriş və çıxış bucaqları isə əvvəlki 18,6 və 21,7 dərəcənin əvəzinə, müvafiq olaraq 20 və 23,6 dərəcə olublar. Bundan başqa, ön və arxa bamperlərdə iri örtmələr, habelə kapotda parıltı əleyhinə örtük peyda olublar. Avadanlıq siyahısına altlığın müdafiəsi və Yokohama Geolandar ofroud şinləri taxılmış 17-düymlük disklər daxil edilib. Güc qurğusu dəyişilməz qalıb. Wilderness xətti ABŞ və Kanada bazarı üçün nəzərdə tutulub və bu ölkələrdən kənarda satılmayacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.